Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Rusiya ildə 140 milyard dollar itirdiyini etiraf etdi


Rusiyanın maliyyə naziri Anton Siluanov.
Rusiyanın maliyyə naziri Anton Siluanov.

Rusiya maliyyə nazirinin bu bəyanatı Moskvanın Qərbin qoyduğu maliyyə sanksiyalarından çox ciddi şəkildə təsirləndiyinin ilk etirafıdır.

Neft qiymətlərinin düşməsi, Qərb tərəfindən Ukraynaya görə qoyulmuş sanksiyalar Rusiyaya 130-140 milyard dollara başa gələcək.

Rusiyanın maliyyə naziri Anton Siluanov deyib ki, bu, Rusiya iqtisadiyyatının 7 faizi deməkdir.

Nazirin bu sərhi Moskvanın Qərbin qoyduğu maliyyə sanksiyalarından çox ciddi şəkildə təsirləndiyinin ilk etirafıdır.

Cənab Siluanov deyib ki, bütün bunların sırasında neft qiymətlərinin düşməsi daha böyük narahatlıq doğurur.

“Biz geosiyasi sanksiyalıara görə ildə təxminən 40 milyard dollaradək, neftin 30 faiz ucuzlaşmasından isə 90-100 milyard dollar arası itiririk” – deyib Rusiya naziri.

Mətbuat konfransında çıxış edən Siluanov deyib kİ, Rusiyanın iqtisadiyyatı və maliyyə sistemi üçün ən ciddi amil enerji satışından daxil olan vəsaitlərdir.

Rəsmi proqnozlara görə, Rusiyanın ümumi daxili məhsulu, orta valyuta məzənnələri şəraitində1, 9-2,0 trilyon dollar olmalıdır.

Neft 1 dollar düşəndə, Rusiya 3 milyard itirir

Rusiya naziri bildirib ki, neft qiymətinin 1 dollar düşməsi ixracat gəlirlərinin 3 milyard dolları deməkdir.

Neft qitymətləri ötən yaydan bəri bir barrel üçün 115 dollardan 80 dollara enib. Bu hesabdan Rusiyanın itkilərini təsəvvür etmək çətin deyil.

Rusiya ixracatının üçdə iki hisəsini enerji ixracatı təşkil edir. Məhz bu səbəbdən də ölkə büdcəsindəki kəsirə nəzarət etmək son dərəcə çətin olacaq.

Alfa Bankın iqtisadçısı Natalia Orlova isə BBC-yə bidlirib ki, cənab Siluanov 100 milyard dollar təxminini edərkən rublun zəiflədiyini nəzərə almayıb.

Rubl iyun ayından bəri öz dəyərinin 25 faizini itirib, bununla belə, Orlovanın proqnozuna görə ölkənin itkiləri 40 milyard dollar civarında olacaq.

İnvestorları inandırmaq 7-10 il çəkəcək

Lakin başqa analitiklər daha bədbin proqnoz verirlər. Onlar əsas etibarilə Rusiyanın Qərblə Ukraynaya görə qarşıdurmasının Moskvaya hələ bundan sonra vura biləcəyi ziyanı ön plana çəkirlər.

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin isə bildirib ki, xarici investorların Rusiya iqtisadiyyatına etibarının bərpa olunması üçün 7-10 il arası vaxt lazım gələ bilər.

Moskvadan alınan son xəbərlərdə deyilir ki, Rusiya neft qiymətlərinin nisbətən sabitləşdirilməsi üçün öz ixracatını gündə 300 min barrel azalda bilər.

OPEC-in öz gələcəyi

Neft ixrac edən ölkələrin OPEC təşkilatı bazarda yaranmış vəziyyəti müzakirə etmək üçün bu həftə Vyanada iclas keçirəcək.

İran, Liviya və Venesuela OPEC ölkələrini neft istehsalını azaltmağa çağırırlar.

Küveyt istehsalı və ixracı azaltmayacağını bildirib, Səudiyyə Ərəbistanı isə çağırışlara qeyri-müəyyən reaksiya verib.

Bir sıra təhliçilər isə bildirirlər ki, mötəbər bir təşkilat kimi OPEC-in öz gələcəyi şübhə altına düşə bilər.

XS
SM
MD
LG