Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Beynəlxalq Valyuta Fondu: Azərbaycan iqtisadiyyatı yavaşıyıb


BVF
BVF

-

“Azərbaycanın öz iqtisadiyyatını neft və qaz asılılığından uzaqlaşdıraraq şaxələndirmək istiqamətindəki tərəqqisi “cüzi” olub.

Reuters agentliyi Beynəlxalq Valyuta Fondunun vəzifəli nümayəndəsindən alınmış müsahibəyəistinad edərək yazır ki, “Azərbaycan biznes mühitinin yaxşılaşdırılması üçün korrupsiyaya qarşı mübarizəni gücləndirməlidir”.

Korrupsiya investisiyaları dayandırıb

Xəbərdə deyilir ki, Azərbaycan neft istehsalının durğunlaşdığı bir şəraitdə neftdən alınan gəlirləri iqtisadiyyatın sənaye və kənd təsərrüfatı kimi ayrı-ayrı sahələrinin inkişafı üçün xərcləməyə cəhdlər göstərib, lakin xarici investisyalar Azərbaycanda bizneslə məşğul olmaq sahəsində ən böyük əngəl sayılan korrupsiyaya görə dayanıb.

“Azərbaycan üçün əsas prioritet hökumətin orta müddətli maliyyə konsolidasiyası strategiyasını qətiyyətlə həyata keçirərək neft və qaz sektorlarından ağır asılılığı qurtarmaqdır” – deyib BVF-in Azərbaycandakı missisyasının rəhbəri Raja Almarzoqi.

“Baxış 2020: Gələcəyə baxış” proqramı iqtisadiyyatın daha çox şaxələndirilməsini nəzərədə tutur, lakin qismən də biznes mühitinin yaxşılaşdırılmasına yönəlik islahatların qəbulunun gecikdirilməsi ucbatından bu sahədə inkişaf cüzidir” – deyib BVF nümayəndəsi.

Almarzoqi bildirib ki, Dünya Bankının biznesin asanlığına dair rəy sorusunun nəticələrinə görə 80-ci yerdə olan Azərbaycan ticarət maneələrini aradan qaldırmalı və anti-korrupsiya proqramlarını həyata keçirməlidir.

Qərbin enerji təchizatçısı Rusiyaya alternativ kimi baxdığı Azərbaycan ötən il birbaşa xarici investisiyalardan 2, 6 milyard gəlir əldə edib ki, bu da Dünya Bankının hesablamalarına görə əvvəlki üç ildən azdır.

Proqnozlar bədbindir

BVF bu il Azərbaycanda 4 faiz, gələn 2015-ci ildə isə 3, 5 faiziqtisadi artım proqnozlaşdırıb.

Bu 2013-cü illə müqayisədə 5, 8 faiz azdır və əsas etibarilə neft istehsalının azalması və qeyri-neft sektorundaklı yavaşıma ilə bağlıdır. Bu sektorda artım 2014-cü ildə 7, 5 faizdən 6 faizə enib.

Xəbərdə bildirilir ki, Azərbaycanda iqtisadiyyatın ildə orta hesabla 21 faiz genişləndiyi 2003-2007-ci illərin neft gəlhagəlindən bəri neft istehsalının ilk dəfə olaraq durğunlaşması nəticəsində iqtisadi artım dramatik şəkildə yavaşıyıb.

Reuters-in suallarına Vaşinqtondan elektron məktubla cavab verən Almarzoqi deyib ki, Azərbaycanın hazırkı vəziyyətini həm də neft qiymətlərinin bir barrel üçün 80 dollardan aşağı enməsi ağırlaşdırır, beləki 2015-c ilin dövlət büdcəsi bir barrel üçün 90 dollar qiymətindən hesablanıb.

BFV nümayəndəsi bildirib kii, neft qiymətlərinin bundan sonra da davamlı enişi qeyri-neft sahəsində ÜDM-in artımını ciddi şəkildə əngəlləyə bilər.

XS
SM
MD
LG