Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 06:39

Shenderovich-in tamaşasını ləğv etdilər


Victor Shenderovich
Victor Shenderovich

-

Rusiyada məşhur satirik yazar Victor Shenderovich-in pyesi əsasında hazırlanan tamaşanın nümayişini ləğv ediblər.

Paytaxtın böyük dükan şəbəkəsi isə onun kitabını satmaqdan imtina edib.

“Pianonu necə daşıyırdılar” tamaşası 3 dəfə Moskva Beynəlxalq Musiqi Evində göstərilib. Özü də uğurla. Gəlir gətirib. 4-cü dəfədə musiqi evinin rəhbərliyi səbəb göstərmədən yaradıcı heyətlə əməkdaşlığa son qoyub.

Bu barədə öz bloqunda məlumat yayan yazar Moskvanın böyük kitab satışı şəbəkəsinin onun son kitabını satmaqdan imtina üçün gətirdiyi bəhanəni də açıqlayıb. Rəhbərlik deyir ki, “iki minə yaxın əməkdaşının taleyinə görə məsuliyyət daşıyır”.

Söhbət Shenderovich-in son publisistik kitabından gedir.

Hökuməti sərt tənqid edən yazar deyir ki, 2000-ci ildən bəri, yəni Putinin hakimiyyətə gəlməsindən sonra onun çıxışlarına əngəllər yaradılmağa başlanıb. Gah zalların “işığı sönüb”, gah “borusu partlayıb”, gah da “təmirə dayanıb”.

Shenderovich əvvəllər NTV kanalında çalışıb, hazırda AzadlıqRadiosunun rus xidməti ilə əməkdaşlıq edir.

XS
SM
MD
LG