Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Əkin-biçini əziyyət, bazara çıxarılması bir başqa zülm...


Arxiv fotosu
Arxiv fotosu

"Hər il Rusiya bazarlarından gəlib bizdən məhsul alırdılar. Bu il isə onların sayı azaldı. Demək olar ki, biz xarici bazara məhsul sata bilmədik".

Fermer Füzuli Hüseynov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, keçmiş ittifaq dönəmində Rusiya və digər ittifaq dövlətlərinin bazarını tərəvəz və bostan məhsulları ilə Azərbaycan təmin edib. Ötən əsrin son onilliyinə kimi cənub bölgəsi ümumittifaq bostanı funksiyasını daşıyıb. İndi isə yaranan bazar problemi əkin sahələrinin kəskin azalmasına səbəb olub.

"MƏHSULUMUZU SATA BİLMİRİK"


“Məhsulumuzu Rusiya bazarına çıxara bilmirik. Əvvəllər hər gün azı beş “KamAZ” Rusiya bazarına mal verirdik. İndi heç bir “KamAZ” da olmur”.

Cənub bölgəsinin ən iri tərəvəzçilk rayonu olan Masalıda bu il 3500 hektara yaxın sahədə tərəvəz və bostan bitkiləri əkilib. Yığılan 60 minə yaxın bostan məhsulunun 17 mini istisna olmaqla qalanının satışı demək olar ki, daxili bazarda reallaşıb. Bu bazarda isə həm tələbat, həm qiymətlərin aşağı olması fermerləri razı salmır.

Başqa fermer Hüseynağa Nəcəfov da bu məsələlə gileylənir:

danışır ki, "Son illər tərəvəz məhsulunun Rusiyaya göndərilməsi elə bil daşa dəyib almırlar. Yolda maneələr var, gömrük tarifləri yüksəkdir, vergilər alırlar. Rusiyaya məhsul qəbul edilmədiyinə görə, biz məhsullarımızı yerli bazarda satmaq məcburiyyətində qalırıq”.

Cənublu fermerlər hesab edirlər ki, Rusiya bazarının açılması tərəvəzçiliyi cənub bölgəsində yenidən aparıcı sahəyə çevirə bilər. Çünki digər sahələrə nisbətən tərəvəzçilk qat-qat rentabellidir.

Fermerləri narahat edən təkcə bu deyil. Onlar gübrə yoxluğundan, susuzluqdan və xammalı yığmaq üçün texnika çatışmazlığından da narahatdılar:

GÜBRƏ YOX, SU YOX, MƏHSULU YIĞMAĞA TEXNİKA YOX...

“Məsələn, Masallıda suvarma vaxtı onların sahələri suvarılandan sonra bizim sahələrə su buraxılır. Günlərlə su verilməyən sahələrimiz yanır, məhsul zay olur. Eyni hal məhsul yığımında da baş verir. Yığım mövsümündə aqrar texnikalar yalnız məmurların sahələrinə yönəldilir. Növbə bizə çatana qədər məhsul yararsız vəziyyətə düşür”.

Masallının aqrolizinq şöbəsindən texnika çatışmazlığını aqrotexnikaların sahələrdə xarab olmasıyla əlaqələndirirlər. Şöbə işçisi Əhliman Kərimov deyir ki, hazırda şöbənin həyətində bir neçə kombayn və traktor var ki, mühərrikləri işləmir.

Fermerlərsə razılaşmırlar. Məsələn, fermer Pərviz Şivəxanov bildirir ki, onlara da hər dəfə eyni söz deyilir. Ancaq nədənsə, məmurların əkin sahələrinə çatanda o “mühərriki xarab” kombaynlar işə düşür.

XS
SM
MD
LG