Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:35

Rusiya mediası yazır ki, İŞİD Rusiyanı Şimalı Qafqazla hədələyib


-

Rusiya mediası yazır ki, İŞİD Rusiyanı Şimalı Qafqazla hədələyib.

Hədələrin yer aldığı video rus dilində tərcümə ilə Əl-Ərəbiyyə kanalında yayılıb.

Rusiyanın NTV kanalı bildirir ki, həmin videoda döyüşçülərin «Allahın mərhəməti ilə» Çeçenistan və Qafqazın «azad olması» planından danışılır.

Yaraqlılar hədələyiblər ki, öz hücumlarında reaktiv təyyarələrin istifadəsinə başlayacaqlar.

Çeçenistan prezidenti Ramzan Kadyrov bildirib ki, videodakı yaraqlını tapıb «gedər-gəlməzə göndərməyi» tapşırıb.

Kadyrov iddia edib ki, onların «dünyada istənilən yerinə nüfuz edə bilən yaxşı oğlanları» var.

XS
SM
MD
LG