Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:38

Azərbaycanlı veteran Ukraynada nəqliyyatdan pulsuz istifadə edə bilər


Veteranlar hesab edirlər ki, dövlət onların sosial müavinətlərinin artırılmasına imkan yaratmalıdır
Veteranlar hesab edirlər ki, dövlət onların sosial müavinətlərinin artırılmasına imkan yaratmalıdır
Sentyabrın 19-dan 21-nə kimi Belorusda MDB Ölkələrarası İqtisadi Şurada İkinci Dünya Müharibəsi iştirakçılarına müxtəlif sahələrdə güzəştlər verilməsiylə bağlı müzakirələr keçirilib. Həmin müzakirələrdə Azərbaycanı təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti Şöbəsinin rəis müavini Ülfət Mürşüdovun sözlərinə görə, müharibə veteranlarına kommunal xidmətlərdə güzəştlər verilməsiylə bağlı 1993-cü ildə MDB ölkələri arasında bağlanan sazişə yenidən baxılıb və təkliflər hazırlanıb. Çünki, həmin sazişin imzalanmasından sonra bəzi ölkələrdə milli qanunvericilik dəyişdirilib və müharibə veteranlarına kommunal xidmətlərdə verilən güzəştlər ləğv edilərək kompensasiyalarla əvəz edilib. Bu isə MDB ölkələri arasında 13 il əvvəl bağlanan sazişlə uyğunsuzluq yaradıb:
Kommunal xərclər üçün onlara verilən 26 manatın az olduğunu söyləyən veteranlar həm də təqaüdlərinin artırılmasını tələb edirlər
«Ona görə də belə bir təklif verilib ki, saziş iştirakçıları öz milli qanunvericiliyinə uyğun olaraq güzəştlərin əvəzini pulla kompensasiya edə bilər».

Cənab Mürşüdovun dediyinə görə, azərbaycanlı veteranlar Ukraynaya və ya güzəştlərin qüvvədə olduğu ölkəyə gedərlərsə, məsələn, şəhərdaxili nəqliyyatdan pulsuz istifadə edə bilərlər. Bu təminatı onlara həmin ölkənin qanunvericiliyi yaradır. Ancaq öz ölkələrində həmin veteranlara bu güzəştin əvəzi kompensasiya ilə ödənir. İkinci Dünya Müharibəsi iştirakçılarının bir imtiyazı da ölkələrarası nəqliyyat xərclərindədir. Onlara ildə bir dəfə MDB ölkələrinə səfərlərində nəqliyyat xidmətlərində güzəştlər tətbiq edilir. Azərbaycanda bu güzəştdən 24 min müharibə veteranı və ya ona bərabər tutulan şəxslər istifadə edə biləcək. Güzəştlərə gəlincə, bu, nəqliyyatın növündən və müharibə veteranının aid olduğu kateqoriyadan asılıdır. Cənab Mürşüdov deyir ki, MDB ölkələrarası nəqliyyatdan istifadə güzəştini özündə əks etdirən talonlar Kiyevdə hazırlanıb. Artıq ölkəyə gətirilən talonların paylanmasına başlanıb. 2006-cı ildən tətbiq edilən bu güzəşt 2011-ci ilə qədər qüvvədə olacaq.


Gəncədə yaşayan müharibə veteranları isə belə imtiyazdansa ölkədaxili kommunal güzəştlərin bərpa edilməsini istəyirlər. Kommunal xərclər üçün onlara verilən 26 manatın az olduğunu söyləyən veteranlar həm də təqaüdlərinin artırılmasını tələb edirlər.


Müharibə veteranları hesab edirlər ki, Azərbaycanın iqtisadi inkişafı onların sosial müavinətlərinin artırılmasına və güzəştlərin bərpasına imkan yarada bilər.


XS
SM
MD
LG