Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:30

Abdulla Gul yeni baş nazirin Davutoglu olacağını düşünür


Türkiyə prezidenti vəzifəsindən gedən Abdulla Gul deyib ki, xarici işlər naziri Ahmet Davutoglu çox güman ki, hakim Ədalət və Kalkınma partiyasının sədri olacaq və baş nazir vəzifəsini də Davutoglu tutacaq.

Gul bunları avqustun 19-da jurnalistlərlə vida toplantısında deyib.

AK partiyanın indiki sədri və baş nazir Erdogan avqustun 28-dən prezidentliyə başlayır və buna görə partiyanın sədrliyindən getməlidir.

Hakim partiyanın yeni sədrlə bağlı qəraraı avqustun 27-də verilməlidir.

XS
SM
MD
LG