Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Fərhad Əliyevin yaxınlarından ibarət 140 nəfərin əmlakının əlindən alındığı bildirilir


Fərhad və Rafiq Əliyevlərin Hüquqlarının Müdafiəsi Komitəsi yenidən Azərbaycandakı xarici ölkə səfirlərinə və ATƏT-in Bakı ofisinə müraciət göndərib. Müraciətdə Əliyev qardaşlarının əsassız həbsindən və onların hüquqlarının pozulmasından bəhs edilir. Sənəddə həmçinin bildirilir ki, indiyə qədər Əliyevlər ailəsinin digər üzvləri və yaxınlarından ibarət 140 nəfər vəzifəsindən kənarlaşdırılıb, onların əmlakı əllərindən alınıb: «Fərhad Əliyev kimi eyni ittihamla həbsə alınmış və bu yaxınlarda şübhəli şəkildə dünyasını dəyişmiş İqtisadi İnkişaf Nazirliyinin keçmiş departament rəhbəri Əlihüseyin Şalıyevin aqibəti Fərhad Əliyevin də həyatının təhlükə qarşısında olduğunu göstərir». Müraciətin sonunda onun ünvanlandığı instansiyalara Fərhad Əliyevin siyasi motivlərlə həbs edildiyi bildirilir və onunla bağlı yaranmış vəziyyətinə aydınlıq gətirilməsinə yardımçı olmaq xahiş edilir.


XS
SM
MD
LG