Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:49

II və V ixtisas qruplarına qəbul imtahanı keçirildi




Avqustun 8-də Bakı və Naxçıvanda ali məktəblərin II və V qruplarına – iqtisadiyyat və pedaqogika ixtisaslarına qəbul imtahanı keçirildi. 7460 yer uğrunda 33000-ə yaxın abituriyent mübarizə apardı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, bu il II qrup üzrə ən çox plan yeri iqtisadiyyat və idarəetmə ixtisaslarına, V qrup üzrə isə ən çox plan yeri ibtidai təhsilin pedaqogikası və metodikası ixtisaslarına ayrılıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana səfər edən «Təhsil Testi Xidməti»nin nümayəndəsi Albert Braun da imtahanda müşahidəçi qismində iştirak edib.


TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Elnur Nağızadə, hələ ki, komissiyaya imtahanla bağlı heç bir şikayət daxil olmadığını deyir. Onun sözlərinə görə, artıq bu gün axşam 8-in yarısından «Space» TV-də TQDK-nın ekspertləri tərəfindən testlərin düzgün cavabları barədə məlumat veriləcək. Test suallarının düzgün cavabları komissiyanın internet səhifəsində də yerləşdiriləcək.


Bundan əvvəl isə I və III ixtisas qrupları üzrə imtahanlar keçirilmişdi. Sonuncu imtahan avqustun 12-də IV ixtisas qrupu üzrə olacaq. Bütün imtahanlar üzrə ali məktəblərə qəbul edilən abituriyentlərin siyahısı isə ən geci avqustun 20-də elan olunacaq.


XS
SM
MD
LG