Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Gəncədə çağırışçıların bəziləri hərbi xidmətdən yayınıb


Azərbaycan Silahlı Qüvvələrinə bu il iyulun 1-dən başlayan hərbi xidmətə çağırış kampaniyası ayın 25-də başa çatsa da, Gəncədən çağrılanların bəziləri hərbi xidmətdən yayınıblar. Onları hərbi xidmətə cəlb etmək üçün Gəncə Şəhər Polis İdarəsinin qüvvələri səfərbər olunub. Adıgedən Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, polis əməkdaşları çağırışçıların yaşadıqları ünvanlara gedib, onları yerli hərbi komissarlığa aparmağa cəhd göstərirlər.


Respublika Hərbi Komissarlığının əməliyyat növbətçisi Səməd Səmədov isə, hərbi çağırışdan yayınmaların ayrı-ayrı bölgələrdə də müşahidə olunduğunu deyir, ancaq onun fikrincə, belə hallara az təsadüf edilir.



XS
SM
MD
LG