Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Ermənistanın müdafiə naziri deyir ki, gərginliyin artması müharibəyə gətirə bilər


Bakı və Yerevan Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində son günlər atəşkəsin pozulmasında bir-birini günahlandırır.

Ermənistanın müdafiə naziri Seiran Ohanian avqustun 4-də deyib ki, Azərbaycanın gərginliyi artırmaq cəhdləri müharibəyə gətirə bilər. Ancaq o, hesab edir ki, geniş miqyaslı hərbi əməliyyata hələ ehtiyac yoxdur.

Azərbaycanın müdafiə nazirliyi isə avqustun 4-də bildirib ki, həftəsonu pusquya düşüb, yaralanan əsgərlərdən biri həlak olub. Bununla da son günlər ölən Azərbaycan əsgərlərinin sayı 13-ə çatıb.

Dağlıq Qarabağın erməni hərbi birləşmələri isə avustun 3-də bildirmişdi ki, son günlərin atışmalarında 3 erməni hərbçisi ölüb.

XS
SM
MD
LG