Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:27

ABŞ komissiyası: Azərbaycanda dini tolerantlıq var, amma hökumət dindarlara sərt davranır


Nardaran məscidi
Nardaran məscidi

-

ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyası dünyada dini azadlıqlarla bağlı 15-ci hesabatını açıqlayıb.

Hesabatda «xüsusi narahatlıqlar doğuran ölkələr»in siyahısı da verilib. Burada Misir, İraq və Nigeriyanın, Pakistan, Suriya və Tacikistanın, Türkmənistan və Vyetnamın adı çəkilir.

Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistanda da dini dözümsüzlüyün yüksək səviyyəsi diqqət çəkir.

Hesabatda 33 ölkədə dini azadlıqlara məhdudiyyətlər, dini dözümsüzlük, dini təqiblər barədə məlumatlar öz əksini tapıb.

AZƏRBAYCANDA 51 DİNİ MƏHBUS VAR

Yeni yayılan hesabata görə, Azərbaycan dini azadlıqların pozulması məsələsində Əfqanıstan, Kuba, Qazaxıstan və başqa ölkələrlə birlikdə 2-ci səviyyədə yer alıb.

Hesabatda Azərbaycanda 51 dini məhbus olduğu bildirilir.

Ekspertlərin fikrincə, Azərbaycanda ictimai dini tolerantlıq var, amma hökumət 2009-cu ildən bəri dini fəaliyyət dairəsini məhdudlaşdıran repressiv qanunlar tətbiq edib, qanunun pozulmasına görə cərimələr artırılıb.

Hesabatda o da vurğulanır ki, hökumət bəzi dini qrupları qeydiyyata almamaqla onlara təzyiq göstərir:

«Qeydiyyat prosesi mütləqdir və qeydiyyatı rədd edilmiş qruplar qanunsuz sayılır».

Hesabatda deyilir ki, bəzi dindarlar narkotik maddə saxlamaq və ya satmaq ittihamı ilə həbs olunublar.

ABŞ Komissiyası bildirir ki, dini məhbusların bəziləri məktəblərdə baş örtüyü qadağası əleyhinə keçirilən aksiyalarda həbs ediliblər.

Adıçəkilən məhbuslar arasında azadxeber.az-ın jurnalisti Nicat Əliyevin, xeber44.com-un redaktoru Araz Quliyevin, dini liderlər Əbdül Süleymanov, Tale Bağırovun da adı var.

Hesabatda Azərbaycanda təkcə bəzi islamyönlü dini qrupların yox, xristianyönlü təriqətlərin də təzyiqlərlə üzləşdiyi qeyd edilir.

Ölkədə dini ədəbiyyatla bağlı da təqiblərin baş verməsi hesabatda vurğulanır.

NAXÇIVANDA VƏZİYYƏT DAHA PİSDİR

2014-cü ilin hesabatında Naxçıvandakı vəziyyət ayrıca şərh olunub. Ekspertlər bildiriblər ki, Azərbaycanın digər bölgələrindən fərqli olaraq, Naxçıvanda daha sərt dini məhdudiyyətlər tətbiq olunur:

«Yerli sünnilərin ibadət etməyə yerləri yoxdur. Bəhailər, adventistlər və krişnaçıların fəaliyyəti yasaqlanıb».

XS
SM
MD
LG