Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 12:50

Ukrayna jurnalisti Luqansk şəhərini belə təsvir edir


İyulun 7-də Luqansk minaatan atəşindən sonra
İyulun 7-də Luqansk minaatan atəşindən sonra

Slavyansk, Kramatorsk, Druzhkovka, Artyomovsk... Ukrayna ordusunun nəzarəti bərpa etdiyi bu şəhərlər Donetsk vilayətindədir. Rusiyameylli yaraqlıalrın fəallığı isə ancaq bu vilayətin ərazisi ilə məhdudlaşmır. Qonşu Luqansk vilayətindəki qruplaşmalar hələ də əsas mövqelərini qoruyurlar. Ukrayna ordusu ən ağır itkini də məhz Luqanksda vermişdi - Ukrayna desantçılarını daşıyan İl-76 təyyarəsi raketlə vurulmuşdu. Rusiya sərhəddinə daha yaxın olan Luqansk şəhərində vəziyyət necədir? Luqanskda çıxan “Realnaya qazeta”nın baş redaktoru Andrey Dikhtyarenko hesab edir ki, Ukrayna hərbi komandanlığındakı son dəyişikliyin döyüş bölgəsinə xüsusi təsiri olmayacaq. AzadlıqRadiosu Rusiya xidməti telefonla Luqanskdakı vəziyyət haqda onunla söhbət edir.

- Luqansk şəhərində vəziyyət necədir?

- Çox ağırdır. Adamların əksəriyyəti evdə oturub. Su və ya siqaret dalınca mağazaya getmək çox əzablı bir işə çevrilib. Boş küçələrdə ancaq hərbi texnika dolaşır, hər yerdə silahlılardır, şəhərin müxtəlif hissələrindən atışma səsləri gəlir. Qismən dağılan binalar var, özü də bilmək olmur ki, bi binaları kimdir zədəliyən – hədəfdən yayınan Ukrayna hərbçiləri, yoxsa yaraqlılar. Bir sözlə, hava zərbələri, güllələr altında yaşayan adamlara baş verənlərin səbəbi tamamilə mənasını itirir, onlara kimin haqlı, kimin haqsız olduğunun qətiyyən əhəmiyyəti yoxdur.

- Ukrayna hakimiyyəti dinc əhalinin çıxarılması üçün dəhliz yaradılacağını vəd edib. Varmı belə bir dəhliz?

- Əsas dəhliz dəmir yoludur, Luqanskı ancaq qatarla tərk etmək olur. Xoşbəxtlikdən qatarlar hələ də işləyir. Avtomobil yolları təhlükəsiz deyil. Mən hələ eşitməmişəm ki, Luqanskdan çıxan hansısa yol tamamilə nəzarət altındadır və təhlükəsizlik təmin olunur. İstərdin ki, məhz belə bir dəhliz olsun, çünki son vaxtlar qatarlar da təhlükəli olub, tez-tez dəmir yollarının minalanması, partladılması haqda bəyanatlar verilir. Əvvələr uşaq və qadınları qatarlarla yola salır, yükü isə “Yeni poçt” adlı şirkətin yük maşınları ilə göndərərdilər. İndi isə Luqanskda və Luqansk vilayətində bütün yük daşınmaları dayandırılıb, əşyaları Luqankdan çıxarmaq hazırda çox mürəkkəbdir.

UKRAYNA XƏBƏRLƏRİNİ BİZİM CANLI BLOQDA İZLƏ

Vitaliya Shevchenka street, 16, Luhansk, Luhans'ka oblast, Ukraine
Vitaliya Shevchenka street, 16, Luhansk, Luhans'ka oblast, Ukraine

XS
SM
MD
LG