Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 15:42

«Bizim taktikamız hücum olacaq»


-

Ukrayna hərbçiləri də etiraf edir ki, Luqansk və Donetskin azad olunması uzun çəkə bilər. Dinc sakinlər arasında itkinin qarşısını almaq üçün bu şəhərlərə aviasiya zərbələrinin endirilməsi planlaşdırılmır. Bunu Milli Qvardiyanın komandanı Stepan Poltorak «Ukrayna» telekanalına deyib. Onun sözlərinə görə, indi əsas vəzifə Donbassı sülh içində yaşamaq istəməyənlərdən azad etməkdir.

«Ona görə bizim taktikamız hücum olacaq. Onları təqib edərək məhv edəcəyik. Silahı könüllü təhvil verənlərlə hüquq-mühafizə orqanları məşğul olacaq. Ancaq biz onlarla çox sərt danışacağıq,» Poltorak deyib.

Donetskdən savayı Luqanskda da gərginlik qalır. Qondarma «Luqansk xalq respublikası»nın silahlı birləşmələri «Qrad» qurğularından hərbçilərin nəzarət etdiyi yerli aeroportu atəşə tutublar. Ötən sutka ərzində Ukrayna aviasiyası Rusiya ilə sərhədindəki İzvarino şəhərciyi yaxınlığında separatçıların tank və artilleriya qurğularına güclü zərbələr endirilib.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG