Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:42

İlham Əliyev Qərbin «qara siyahısı»nda olan Rogozin-lə görüşüb


Tatarstan -- Russian Deputy Prime Minister Dmitry Rogozin during a visit to the training center of "Zelenodolsky plant Gorky" in Kazan, October 24, 2013
Tatarstan -- Russian Deputy Prime Minister Dmitry Rogozin during a visit to the training center of "Zelenodolsky plant Gorky" in Kazan, October 24, 2013
-
Prezident İlham Əliyev Rusiya baş nazirinin müavini Dmitry Rogozin-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə prezidentin saytı məlumat yayıb.

Görüşdə İlham Əliyev ölkələr arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident hərbi-texniki sahədə konstruktiv əməkdaşlığın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Dmitry Rogozin də Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirib. O, iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib və Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi, bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

Dmitry Rogozin Krımın ilhaqından sonra ABŞ və Avropa Birliyinin «qara siyahı»sına salınan Rusiya siyasətçilərindən biridir. O, Qərb əleyhinə bəyanatları ilə tanınır.

Onun Qərb banklarındakı hesabları dondurulub, səfərlərinə qadağa qoyulub.

Roqozin Moskvanın hərbi sənayəsinə rəhbərlik edir və Rusiya silahlarının xaricə ixrac olunması işlərinə başçılıq edir. Roqozin Rusiyanın NATO-dakı keçmiş səfiri olub. Rusiya prezidenti Vladimir Putinə yaxın siyasətçi kimi tanınır.

Ekspertlər hesab edirlər ki, Roqozinin Bakıya səfərində əsas məqsəd Rusiyanın Azərbaycana yeni silah və texnikanın satılması dayanır.
XS
SM
MD
LG