Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:57

«Biz 22 imperiya, 49 dövlət yaratmış bir xalqıq»


-

«Azərbaycan Nadir Əfşar dövləti» kitabının təqdimat mərasimi keçirilib.

«Nadir şah sonuncu fatehdir ki, Şah İsmayıl Xətaidən sonra Azərbaycan dövlətini vahid şəkildə birləşdirməyə nail olub»

Bu sözləri Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov istefada olan polis polkovniki, professor Cahangir Hüseynovun «Azərbaycan Nadir Əfşar dövləti» kitabının təqdimat mərasimində dilə gətirib.

Kitab Nadir Şah Əfşarın 325, qurduğu dövlətin 280 illiyinə həsr edilib.

Beynəlxalq Mətbuat Mərkəzində gerçəkləşdirilən təqdimat mərasimində Azərbaycan tarixinin önəmli mərhələsinin öyrənilməsi baxımından kitabın önəmi və müəllifin mükəmməl bir əsər ortaya qoyduğu vurğulanıb:

«Nadir şah xalq içindən çıxan qorxmaz bir sərkərdə, dövlət qurucusudur. Təsadüfi deyil ki, Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı».

Tədbirdə söz alan müəllif – Cahangir Hüseynov bu kitabı yazarkən, müxtəlif ölkələrin muzey və kitabxanalarında çalışdığını bildirib:

«Nadir şaha dair bütün əlyazmaları toplamaq qərarına gəldim, uzun müddət araşdırma apardım. Türklərin 4 min illik tarixini araşdırarkən, zəngin tariximizin olduğu qənaətinə gəldim – 22 imperiya, 49 dövlət yaratmış bir xalqıq».

Kitab haqqında daha ətraflı məlumat AzadlıqRadiosunun «İz» proqramında veriləcək
Nadir şah Karnal döyüşündə
Nadir şah Karnal döyüşündə
XS
SM
MD
LG