Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:46

NİDA-çı Bəxtiyar Quliyevin bəyanatı yayılıb


Azerbaijan -- NIDA-Bekhtiyar Guliyev
Azerbaijan -- NIDA-Bekhtiyar Guliyev
-
Yazı yeniləndiyindən ən son xəbər əvvəldədir.

«OĞLUM BU DƏQİQƏ BATAQLIQDADIR»

Bəxtiyar Quliyevin atası Səməndər Quliyev müsavat.com-a oğlunun prezidentə müraciət etməsi xəbərinin doğruluğunu təsdiqləyib:

«Oğlumun prezidentə müraciət xəbəri doğrudur. İki gün öncə biz onunla görüşdük. Görüş zamanı NİDA-dan imtina etdiyini söylədi. Özü mənə dedi ki, NİDA-çılara zəng edib bildirib ki, mən həm NİDA-dan, həm də vəkillərimdən imtina edirəm».

Səməndər Quliyev prezidentə müraciət üçün oğluna hər hansı təzyiqdən xəbərsiz olduğunu vurğulayıb:

«Oğlum təzyiq nəticəsində prezidentə müraciət etməsi ilə bağlı heç nə demədi. Sadəcə, imtina etdiyini dedi».

Səməndər Quliyev oğlunun prezidentə müraciətini yaxşı qarşıladığını da sözlərinə artırıb:

«Bu dəqiqə mənə oğlum lazımdır. Hər halda istəyərəm ki, oğlum azadlığa çıxsın. Elə bilin ki, oğlum bu dəqiqə bataqlıqdadır. Onu nə siz, nə də kənardan kimsə gəlib, azadlığa çıxarda biləcək. Onun üçün heç kəs yox, ancaq atası və anası əziyyət çəkir».

NİDA-DAN İMTİNA ETDİ

Ədliyyə Nazirliyi Penitensiar Xidməti NİDA-çı məhbus Bəxtiyar Quliyevin bəyanatını yayıb.

Bəxtiyar Quliyev müraciətində yazır ki, NİDA-nın üzvlüyündən imtina edir:

«Mənim bu addımıma səbəb həbsdə olduğum dövrdə özüm-özümü tapmağım, təxribatçı qüvvələrin yanlış fikirlərini həyata keçirdiyimi dərk etməyimdir».

Bəxtiyar Quliyevin ailəsi və vəkili ilə telefon əlaqəsi saxlamaq mümkün olmayıb.

Keçmiş NİDA-çı Nicat Məmmədbəyov «Facebook» səhifəsində Bəxtiyar Quliyevin İlham Əliyevə «əfv məktubu» yazmasını təsdiqləyərək bu davranışa münasibətini də bildirib: «Yaxşı edib yazıb. Bəxtiyar mənim üçün elə həmin Bəxtiyardır. Bu, heç nəyi dəyişmir».

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib.

Onlar, əsasən, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilirlər.

Mayın əvvəlində bitən məhkəmədə ittihamları qəbul etməyən NİDA-çılar həbslərinin siyasi sifariş olduğunu bildirmişdilər.

Bəxtiyar Quliyevin bəyanatı
XS
SM
MD
LG