Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Mehriban Əliyeva və nəvələri «Qala festivalı»nda

Mayın 30-da «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi «Qala festivalı» və III Beynəlxalq «Tullantıdan sənətə» sərgisi açılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə həmin fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları və nəvələri də qatılıblar. Festival tamaşaçılara Abşeronun ən qədim insan məskənlərindən sayılan Qalada tarixi keçmişə səyahət imkanı verir. Festival çərçivəsində III Beynəlxalq «Tullantıdan sənətə» sərgisi də göstərilir. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Bölmələr

XS
SM
MD
LG