Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:28

Hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsi başlayır


Həsən Hüseynli
Həsən Hüseynli
-
Mayın 29-da Gəncənin Nizami rayon Məhkəməsində «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi başlayacaq.

Onun hüquqlarını Əlayıf Həsənov, Elçin Sadıqov və Cəfər Hacıyev müdafiə edəcək.

Həsən Hüseynli martın 31-də tutulmuşdu. Aprelin 2-də polis nəzarətinə verilməklə buraxılıb. O, Gəncə şəhər sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 228.4 (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Həsən Hüseynli ittihamları qəbul etmir.
XS
SM
MD
LG