Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

“Azadlıq” qəzeti oxuculardan dəstək istəyir


-
““Azadlıq” qəzetinin bağlanması təkcə əməkdaşlarımızın yox, həm də oxucuların faciəsi olardı. Qəzetin bağlanmaması üçün oxucularımızdan dəstək istəyirik”.

Bu sözləri keçirdikləri mətbuat konfransında “Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev səsləndirib. Onun sözlərinə görə, “Qasid” yayım firması satılan nüsxələrin pulunu vermədiyindən nəşriyyata olan borcu qaytarmaq imkanında deyillər:

““Azərbaycan” Nəşriyyatına xeyli miqdarda borcumuz yaranıb. İki gün əvvəl nəşriyyat bizə müraciət edərək, borcumuzu 10 gün ərzində qaytarmalı olduğumuzu bildirdilər. “Qasid” firması isə bizə olan 70 min manat borcunu qaytarmaq istəmir. Bizim isə heç bir imkanımız yoxdur ki, nəşriyyata olan borcumuzu qaytaraq. Ona görə, oxuculara müraciət edirik ki, qəzetin daha çox satılmasında, yeni abunəçilərin cəlb olunmasında bizə yardımçı olsunlar. Əks halda qəzet çapını dayandıracaq”.

Mətbuat konfransında iştirak edən vəkil Aslan İsmayılov isə qəzeti çətin vəziyyətdən çıxarmaq üçün ianə marafonunu başlamağı təklif edib.

“Azərbaycan” nəşriyyatı 18 min manat borcunu ödəmək üçün “Azadlıq” qəzetinə iyunun 1-ə kimi vaxt verib.

Nəşriyyatın mayın 20-də “Azadlıq”a göndərdiyi məktubda qeyd olunurdu ki, əks halda qəzetin nəşri dayandırılacaq.

Qəzetin baş redaktorunun müavini Rahim Hacıyev AzadlıqRadiosuna müsahibəsində bildirib ki, borcun tələb olunmasını siyasi təzyiq sayır.

“Azərbaycan” nəşriyyatının direktor müavini Bəsti İsmayılova isə qəzetə göndərdikləri məktubun siyasi təzyiqlə heç bir əlaqəsinin olmadığını bildirir.
XS
SM
MD
LG