Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:31

15 sutkalıq cəza almış daha bir gənc fəal azadlığa çıxıb


-
Mayın 21-də NİDA Vətəndaş Hərəkatının üzvü Şəfi Şəfiyev azadlığa çıxıb.

Şəfi Şəfiyev mayın 6-da NİDA-çılara hökm oxunandan sonra keçirilən etiraz aksiyasında saxlanmışdı və 15 sutka cəza almışdı.

Şəfi Şəfiyevdən əvvəl həmin gün saxlanılan Müsavat Partiyasının üzvü Tural Abbaslı və “Dalğa” Gənclər Hərəkatının üzvü Hacı Zeynallı azadlığa çıxıb. Onlar da 15 sutka həbslə cəzalandırılmışdı.

Mayın 6-da keçirilən aksiyada Müsavat Partiyasının üzvü Orxan Eyyubzadə 20 sutka, AXCP üzvü Kəmalə Bənənyarlı 30 sutka inzibati həbs cəzası alıb.
XS
SM
MD
LG