Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:41

İtirən əmanətçilər, qazanan banklardır


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı
-
Mayın 19-dan banklarda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9-a endirilib. Qərarı Əmanətlərin Sığortalanması Fondu qəbul edib.

İqtisadçı ekspert Vüqar Bayramov facebook səhifəsində bunu müsbət addım kimi qiymətləndirir:

«Amma sığortalanan əmanətlər üzrə faiz dərəcələri aşağı düşsə də, kredit faizləri yerindən tərpənmir. Ötən ilin avqustunda sığortalanan əmanət faizləri 12 faizdən 10 faizədək aşağı salındı. Amma bu addım hələ də kredit bazarına təsir göstərməyib. Belə görünür ki, əmanətlər üzrə faiz dərəcələrinin aşağı düşməsindən itirən sadəcə əmanətçilərdir, qazanan isə banklardır: onlar pulu aşağı faizlə alır, yüksək faizlə kredit təklif edir. Deməli, Mərkəzi Bank sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarın kredit bazarına real və potensial təsirlərinin qiymətləndirilməsi üçün risk-analiz aparmalı və buna uyğun olaraq banklar üçün tövsiyələr hazırlamalıdır. Əks halda əmanət faizləri azalsa da, kredit bazarına vəziyyət ciddi şəkildə dəyişməyəcək».
Vüqar Bayramov
Vüqar Bayramov
Vüqar Bayramov bildirir ki, sığortalanan əmanət faizlərinin yüksək olması bank kreditləri üzrə faiz dərəcələrini ağırlaşdıran əsas səbəblərdən biridir. «Hazırda kommersiya banklarının əksəriyyəti hələ də kampaniya apararaq əhaliyə yüksək faizlə əmanət yerləşdirməyi təklif edirlər. Bu isə sonradan vətəndaşlar üçün müəyyən problemlər yaradır.

Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyə etməsi də vacibdir. Çünki fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq».

BANKLAR FAİZ DƏRƏCƏLƏRİNİ FONDUN FAİZ DƏRƏCƏLƏRİNƏ UYĞUNLAŞDIRMAZSA...

İqtisadçı bildirir ki, faizlər endirildikdən sonra daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmazsa, həmin banklardakı əmanətlərin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Beləliklə, Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq.

Vüqar Bayramov bildirir ki, əmanətlərin sığortalanması üzrə maksimum məbləğin artırılması prosesi də ləngiyib.

«Fondun məlumatına əsasən, qurum əmanətlərin sığortalanması dairəsinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Şərqi Avropa ölkələrində hər il sığortalanan əmanətlərin maksimum məbləğinə baxılır. Əgər Polşada 2008-ci ilədək 22 min 500 avroya qədər əmanət sığortalanırdısa, həmin ilin oktyabrında sığortalanan əmanətlərin məbləği 50 min avroya, 2009-cu ildə 100 min avroya qədər artırıldı. Elə ölkələr var ki, onlarda sığortalanan əmanətlərin məbləğinə maksimum məbləğ və ya limitlər müəyyən edilməyib. Bu baxımdan 30 min manatın sığortalanan maksimum məbləğ kimi nəzərdə tutulması risk altında olan əmanətlərin dairəsini genişləndirir».
XS
SM
MD
LG