Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:55

Daxili işlər naziri Ramil Usubova


Azərbaycan Daxili işlər naziri Ramil Usubov
Azərbaycan Daxili işlər naziri Ramil Usubov
-
AzadliqRadiosu 5-ci gündür ki, Daxili işlər nazir Ramil Usubova müraciət edir.

Mayın 16-da AzadlıqRadiosuna Binəqədi rayonunun ərazisindəki Cəfər Xəndan küçəsində, “DSK-3” metaltökmə zavodununda qarşıdurma haqda məlumat daxil oldu. Məlumatı yoxlamaq üçün hadisə yerinə gedən AzadlıqRadiosunun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən alaraq hadisə yerindən uzaqlaşıblar.

Hadisənin şahidlərdindən biri mülki geyimlilərin müxbirimizə qarşı təzyiqləri mobil telefonu ilə çəkib. Videonu redaksiyamıza göndərən oxucumuza təşəkkür edir, həmin kadrları təqdim edirik. Videoda kamerası əlindən alınandan sonra onu geri tələb edən jurnalisti qoçular təhqir etməyə başlayır.
AzadliqRadiosunun müxbiri qoçu dəstəsinin hücumuna məruz qalıb
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Zorakılıq polis əməkdaşlarının gözü qarşısında baş versə də, asayişin və qanunun keşiyində olan polis əməkdaşları baş verənlərə müdaxilə etmək əvəzinə ərazidən uzaqlaşmağa üstünlük veriblər.

AzadliqRadiosu tələb edir ki, jurnalistə qarşı zorakılıq törədən şəxslər və vəzifə səhlənkarlığına yol verərərək bu zorakılığa şərait yaradan polis əməkdaşları müəyyənləşdirilsin, AzadlıqRadiosunun videokamerası geri qaytarılsın.

AzadlıqRadiosu prokurorluq orqanlarına da şikayət ərazəsi ilə müraciət hazırlayır
AzadliqRadiosunun jurnalistinə hücum edən adamların avtomobili
AzadliqRadiosunun jurnalistinə hücum edən adamların avtomobili


HADİSƏNİN ŞAHİDİ OLMUSANSA, BAŞ VERƏNLƏRDƏN FOTO VƏ YA VİDEO ÇƏKMİSƏNSƏ, XAHİŞ EDİRİK AZADLİQRADİOSU İLƏ ƏLAQƏ SAXLA


MÜXBİRİMİZ HÜCUMUN NECƏ BAŞ VERDİYİNİ İZAH EDİR

Mayın 16-da AzadlıqRadiosuna Binəqədi rayonunun ərazisindəki Cəfər Xəndan küçəsində, “DSK-3” metaltökmə zavodununda qarşıdurma ilə bağlı çəkiliş aparmaq istəyən AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəliyev zorakılğa məruz qalması haqda bunları deyir:

“Mən əraziyə gələndə həyətdə mühafizə polisi maşınları, mülki geyimlilər, "cip"lər vardı.

Məlumat almaq istəyəndə məndən çəkilişi dayandırmağımı istədilər. Dedim özünüzü təqdim edin, üstümə cumub kameranı almaq istədilər. Onlar mülki geyimli şəxslər idi. Mənə təpik vurdular, qollarımı burdular, kameranı zorla əlimdən aldılar. Telefonumu alıb çəkdiyim şəkilləri pozdular. Sonra qayıdıb dedilər ki, kamera bizdə deyil”.

5 GÜN KEÇƏNDƏN SONRA

Beləliklə, Azərbaycan qanunlarını kobud şəkildə pozan şəxslərin görüntüləri, onların hadisə yerindən uzaqlaşdığı maşının fotosu və nömrəsi var. Bu qanunun keşiyində durmalı olan dövlət orqanları əməkdaşlarının səhlənkarlığı haqda məlumat var.

Biz hesab edirik ki, qoçular qanun qarşısında cavab verməlidir.

Söz Azərbaycan Respublikası Daxili işlər nazirliyinindir.

XS
SM
MD
LG