Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

Kəmalə Bənənyarlı intihara cəhd edib [Video]


-
NİDA-çılara oxunan hökmə etiraz zamanı saxlanan AXCP üzvü Kəmalə Bənənyarlının duruma haqqında «İşdən sonra» verilişində vəkili Əshabəli Mustafayev danışıb.

Onun dediyinə görə, Kəmalə Bənənyarlıya yalnış olaraq miqren diaqnozu qoyulub:

«Kəmalə Bənəniyarlı döyüldüyünü, işgəncəyə məruz qaldığını deyib. Saxlanma məntəqəsinə gətirilərkən onun işgəncəyə məruz qalması ilə bağlı qeydlər aparılıb. DİN tədbir görüb ki, bu qeydlər aradan qaldırırlsın. Biz düşünürdük ki, bu sənədə istinad edərik. Təcili Tibbi Yardım da qeydlər aparıb. Ancaq ona qusma əleyhinə iynə vurulsa da, miqren diaqnozu qoyulub. İkinci dəfə başqa bir həkim müayinə etməyə gəlib. O da əvvəlki diaqnoza baxıb miqren qeyd edib. Kəmalə xanım buna etiraz edib və həmin həkimin xidmətindən imtina edib».

KƏMALƏ BƏNƏNİYARLI XLOR İÇMƏK İSTƏYİB
«Kəmalə Bənəniyarlı ayaqyolunu təmizləmək üçün xlor alıb. İntihara cəhd edib. Xloru onun əlindən alarkən damcıları üzərinə tökülüb və izləri qalıb. Xloru ona görə içmək istəyib ki, ona qusma əleyhinə iynə vurulsa da, miqren diaqnozu qoyulub. Ancaq xloru onun əlindən alıblar».
XS
SM
MD
LG