Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:36

Gülər Əhmədova: “YAP-da olub-olmamağımın heç bir fərqi yoxdur”


Gülər Əhmədova
Gülər Əhmədova
-
“Haqqımda yayılmış video montaj olunub. Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar”.

Bunu mayın 1-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədova ifadəsində deyib. Gülər Əhmədova bildirib ki, onu Heydər Əliyev siyasətə gətirib və həmişə bu yolda olacaq. “YAP-da olub-olmamın heç bir fərqi yoxdur. Kimsə YAP-dan çıxan kimi mövqeyini dəyişirsə, mən onu etməyəcəyəm. Məni heç kimlə səhv salmasınlar”.

Gülər Əhmədova Elşad Abdullayevdən 1 milyon dollar almadığını, bununla bağlı sübutun olmadığını bildirib.

Bundan sonra məhkəmə istintaqı yekunlaşıb.

Fasilədən sonra dövlət ittihamçısı çıxış edib. Bildirib ki, səsin saxtalaşdırılması mümkün deyil, səs Gülər Əhmədovaya məxsusdur. Elşad Abdullayevin otağına qoyulmuş kamera şantaj məqsədi ilə yox, təhlükəsilik üçün qoyulub. Prokuror sabiq deputatın Elşad Abdullayevdən 2 dəfəyə olmaqla 1 milyon dollar aldığını bildirib, Gülər Əhmədova haqqında hökmün dəyişdirilmədən saxlanılmasını istəyib.

Bundan sonra məhkəmədə bir saatlıq fasilə élan olunub. Fasilədən sonra vəkillər müdafiə çıxışları edəcək.

GÜLƏR ƏHMƏDOVANIN MƏHKƏMƏSİ MAYIN 5-NƏ QALDI

Keçmiş deputat Gülər Əhmədovanın Bakı Apelyasiya Məhkəməsində davam edən prosesində müdafiə tərəfi çıxış etməliydi. Ancaq vəkillər bildirib ki, onlar yorğundur, həm də Gülər Əhmədova son söz çıxışına hazır deyil.

Məhkəmə prosesin mayın 5-i saat 11-ə təyin olunub.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. O, 3 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG