Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:30

“Ayna-Zerkalo” qəzetinin redaksiyasında axtarış aparılıb


-
“Ayna-Zerkalo” qəzetinin redaksiyasında axtarış aparılıb. Bunu AzadlıqRadiosuna qəzetin baş redaktoru Elçin Şıxlı deyib. Onun sözlərinə görə, axtarış Yasamal rayon məhkəməsinin qərarı ilə aparılıb.

“Rauf Mirqədirovun həbsdindən bir gün sonra, mən səhhətimlə bağlı redaksiyada olmadığım vaxtda, bizim redaksiyada Milli Təhlükəsizlik və prokurorluq əməkdaşalrından ibarət əməliyatçılar Rauf Mirqədirovla bağlı axtarışlar aparıblar. Əməkdaşları Raufun necə jurnalist olması, onun hansı yazılar yazması ilə bağlı sorğu-sual ediblər. Bundan başqa kompyuterlərdə Raufun yazdıqlarını axtarıblar. Redaksiyada axtarış edənlər gedəndə özləri ilə mənim kompyuterimin prosessorunu da aparıblar”.

Elçin Şıxlı deyir ki, redaksiyada axtarış ötən həftə olsa da o mediaya indi məlumat verməyi lazım bilib.

Rauf Mirqədirovun işi ilə bağlı “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus da istintaqa cəlb olunub. Xaricə səfərə gedən Yunusovlar aprelin 28-də hava limanından geri qaytarılıb. Növbəti gün Leyla Yunus Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində bir-neçə saat dindirilib, evində və ofisində axtarışlar aparılıb. Hüquq müdafiəçisinin dediyinə görə, ona verilən suallar ancaq Rauf Mirqədirovla bağlı olub.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib və Bakıda həbs olunub. “Dövlətə xəyanət”də ittiham olunan jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. R. Mirqədirov ittihamları əsassız sayır.
XS
SM
MD
LG