Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:49

Ənnağı Hacıbəyli: «Anar Məmmədlinin işində hüquq yoxdur»


Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
«Anar Məmmədlinin işində hüquq yoxdur. Ona görə bu işə hüquqi qiymət vermək mübahisəlidir. Söhbət sadəcə ondan gedir ki, ölkədə hakimiyyət kefi istədiyi kimi seçki keçirir. Çalışır ki, heç kəs bu qanunsuz, saxta seçkilərə etiraz etməsin, seçkini müşahidə etməsin».

Bunu AzadlıqRadiosuna müsahibəsində hüquq eksperti Ənnağı Hacıbəyli Anar Məmmədlinin məhkəməsini şərh edərkən bildirib.

Ənnağı Hacıbəyli deyib ki, «hakimiyyət istəyir ki, seçki ilə bağlı xaricə tənqidi hesabatlar göndərməsin. Bu baxımdan bu işdə heç bir hüquq yoxdur. Bu tamamilə əsassız bir ittihamdır. Məqsəd də ona yönəlib ki, ölkədə fəal vətəndaş cəmiyyətinin varlığına son qoyulsun. Siyasi partiyalar zəifləyib, seçki komissiyaları bütünlüklə hakimiyyət nümayəndələrindən ibarətdir. Belə bir şəraitdə yeganə qüvvə qeyri-hökumət təşkilatlarıdır ki, seçkilərin saxtalığı barədə beynəlxalq təşkilatlara hesabatlar göndərirlər, müşahidə aparırlar, seçki saxtakarlığını üzə çıxarırlar. Hakimiyyət də bunun qarşısını almaq istəyir».

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə tördəilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.
XS
SM
MD
LG