Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

Kamil Vətəndaş Maarifləndirmə Mərkəzi ofisindən çıxarılıb


Həsən Hüseynli
Həsən Hüseynli
-

Bu barədə Mərkəzin rəhbəri Həsən Hüseynli məlumat verib. İctimai fəalın sözlərinə görə, həbsindən 2 gün əvvəl - martın 29-da ofis kimi istifadə etmək üçün bir evi icarəyə götürüblər. Həmin gün ev sahibi ilə 2 illik müqavilə də imzalanıb. Lakin martın 31-də H. Hüseynli saxlanıb, bir qədər sonra azadlığa çıxandan sonra ev sahibi evi satmaq fikrinə düşdüyünü və müqaviləni pozmaq istədiyini bildirib.

H. Hüseynli bildirir ki, artıq aprelin 16-dan etibarən təşkilat ofisdə fəaliyyət göstərmir. Əşyalarının çıxarılmasına 1 həftə möhlət veriliib.

Aprelin 14-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar həmin ofis binasında Həsən Hüseynli və onun ailəsi ilə görüşüb. Hadisələrlə bağlı narahatlığını və bu məsələ ilə bağlı şəhər səviyyəsində və daha yuxarı instansiyalarla danışıqlar apardığını deyib.
XS
SM
MD
LG