Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 20:38

Maydanda adamları atəşə tutan snayperlərin kimliyi müəyyənləşə bilər


-Jamie Dettmer-in ABŞ-ın online "The Daily Beast" jurnalında dərc olunmuş fotoları Maydandakı müəmmalı snayperlərin kimliyinin üzə çıxarılmasına kömək edə bilər. Müəllif bildrir ki, bunlar Yanukovych-ə tabe olan adamların şəkillərdir.

Amerikalı jurnalist iddia edir ki, onun araşdırması fevralın 20-də Kiyevin Müstəqillik Meydanından 53 etirazçını kimin öldürməsini üzə çıxarır. Onun dediyinə görə, fotolardakı snayperlər devrilmiş prezident Viktor Yanukovych-in təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdırlar.

Xatırladırıq ki, sabiq prezident Yanukovych və Rusiyanın siyasi rəhbərliyi indiyə qədər Maydanda adamlarına atəşə tutulmasını xarici qüvvələrin dəstəklədiyi müxalifət və millətçi elementlərin ayağına yazırlar.

Müəllif bildirir ki, fotolar Maydan hadisələri zamanı Ukrayna Dövlət Təhlükəsizlik Xidməti qərargahının həyətində çəkilib. Bundan az əvvəl snayperlər etirazçılara atəş açmağa başlayıb.
Mətn The Daily Beast-in twitter fotosunun altında davam edir

Bəzi əsgərlər qara formadadır və sarı rəngli identifikasiya sarğısı taxıb. Əllərində snayper tüfəngi və Kalashnikov avtomatı var.

Azadlıq Radiosunun rus xidmətinə danışan Dettmer bildirib ki, fotolar Ukraynanın “Alfa Team” adlı Yanukovych-yönlü Xüsusi Qüvvələrini göstərir.

Ukraynanın istintaq orqanları bu günlərdə elan ediblər ki, Maydanda adamlara atəş açmaqda şübhəli bilinən şəxslərin saxlandığını elan ediblər. Rəsmi Kiyev iddia edir ki, etirazçılara qarşı atəş açmaq əmrini birbaşa Yanukovych verib.
XS
SM
MD
LG