Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

NİDA üzvü MTN-də ona işgəncə verildiyini deyir


-
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatı üzvlərinin məhkəməsi davam edib. Bugünkü prosesdə NİDA üzvü Məmməd Əzizov MTN-də ona işgəncə verildiyini bildirib.

Gənc fəal Rəşad Həsənov ifadəsində Şahin Novruzlunun evindən tapılan pul barədə məlumatı olmadığını bildirib.

Məhkəmə aprelin 3-də davam edəcək. Bundan sonra proses həftənin 2, 4 və 5-ci günləri, günün birinci yarısında keçiriləcək.

Gənc fəallar ötən ilin mart-aprel aylarında saxlanıblar. Onlar qanunsuz partlayıcı və narkotik maddələr saxlamaqda, habelə kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG