Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Rusiya Ukrayna gərginliyi (13-14 mart xronikası)

Ukraynada Rusiya separatçılarının ölkəni parçalamaq cəhdləri davam edir. Kırm referendumunun Xarkov, Luqansk və Donetsk vilayətlərində də keçirilməsi tələbləri səslənir

Krım Rusiyanın tərkibinə keçmək üzrədir. Faktiki olaraq yarımadanın ilhaqı baş verib. Rusiya, yerli separatçıların köməyi ilə məsələni rəsmiləşdirməyə çalışır. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalara hazırlaşır. Eyni zamanda NATO və Rusiya silahlı qüvvələri Ukrayna yaxınlığında təlimlər keçirir. Ukraynanın şərq bölgələrində də Rusiya separatçılar fəallaşaraq rəsmi binalara, Ukraynanın bütovlüyünü tələb edən fəallara hücumlar edir. Donetsk şəhərində baş verən belə toqquşmalarda 1 nəfər həlak olub.

Martın 13-14-də baş verən əsas hadisələrinin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Ehtiyac yaranarsa, növbəti günlərdə də Ukrayna olaylarını canlı bloq vasitəsilə izləyəcəyik. Azadlıqda qal!
16:06 14.3.2014
RUSİYA SEPARATÇILIĞI UKRAYNANIN ŞƏRQİNDƏ

Rusiya separatçıları Ukraynanın şərq bölgələrində də fəaldırlar. Xarkov, Luqansk və Donetsk vilayətlərində Ukraynanın bölünməzliyi tərəfdarları ilə Rusiyapərəst qüvvələrin qarşıdurması baş verir. Martın 13-də Donetsk şəhərində baş verən toqquşmalarda 1 nəfərin həlak olduğu, onlarla adamın yaralandığı bildirlir. Yerli polis qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdə acizdirlər. Ukrayna daxili işlər nazirlii bildirib ki, Donetsk toqquşmalarına görə 4 nəfər həbs olunub. Ukrayna rəhbərliyi polisin fəaliyyətsizliyinin araşdırıldığını da bildirir. Rusiya xarici işlər nazirliyi bəyanat yayaraq ki, Donetsk faciəsində Ukrayna millətçilərini ittiham edərək, rusları müdafiə etmək əzmində olduğunu bildirib. Ukrayna parlamentindəki çıxışlarda isə deputatlar Rusiyadan gələn ekstremist separatçıları ittiham ediblər.
Donetsk toqquşmalarından görüntülər
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
14:30 14.3.2014
UKRAYNADAKI VƏZİYYƏTƏ AZƏRBAYCANIN MÜNASİBƏTİ

Türkiyədə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və həll olunmamış məsələlərin sülh yolu ilə çözülməsinə çağırır. Nazir deyib ki, Ukraynada bütün addımlar Konstitusiya çərçivəsində atılmalıdır. Bu haqda APA xəbər verir
13:49 14.3.2014

Davamı

XS
SM
MD
LG