Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:55

İsmayıllı məhbuslarına martın 17-də hökm oxunacaq


Məhkəmə binası
Məhkəmə binası
-
Martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə ittiham olunan İsmayıllı məhbuslarının məhkəməsi davam edib. İttiham olunanlar son sözlə çıxış edib.

İttiham olunanların əksəriyyəti son sözlərində özlərini təqsirli bilmədiklərini, məqsədlərinin baş verən hadisələrin qarşısını almaq olduqlarını deyiblər. Bir neçə nəfər özünü qismən təqsirli sayıb. Onlardan biri Ceyhun Abbasov yanan otelə daş atdığını bildirib. Çıxış edənlər Çıraq otelinin tanımadıqları adamlar tərəfindən yandırıldığını bildiriblər.

REAL Hərəkatının lideri İlqar Məmmədov çıxışında Azərbaycan hakimiyyətini qanunlara əməl etməyən xanlıqlara bənzədib. Deyib ki, ölkədə şah qanun funksiyasını yerinə yetirir.

Müttəhimlərdən biri – Vasif İbrahimov deyib ki, o İsmayıllı rayonunda sahibkarlıqla məşğul olub. Hələ hadisədən bir-iki il əvvəl polislərin təhdidi ilə üzləşib. “3 il əvvəl polislərə haqq vermədiyim üçün məni şərləmişdilər. O vaxt hazırda bu işdə dövlət ittihamçısı olan Fuad Musayev İsmayıllıda prokuror işləyirdi. Mənə xəbər göndərib 3 min rüşvət istəmişdi. Son ana qədər o məndən bu pulu istədi. O pulu vermədiyim üçün məhkəmədə mənə 1 il cəza istədi. Sonradan hakim cəzanı 6 ay icbari işlə əvəz etdi”.

Dövlət ittihamçısı Fuad Musayev onun dediklərinə cavab verməyib.

HÖKM MARTIN 17-DƏ OLACAQ

“Məhkəmə müstəqil deyil, məhkəmə hakimiyyəti Əliyevlər hakimiyyətinin əlində bir dəyənək rolunu oynayır”.

Bunu martın 11-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə ittiham olunanların məhkəməsində son sözlə çıxış edən Müsavat başqanının müavini Tofiq Yaqublu deyib.

TofiqYaqublu bildirib ki, hakimiyyət məhkəmələrin əli ilə öz opponentlərinə qarşı ədalətsiz davranır. “Bu məhkəmə prosesi ədalətsizdir, dövlət ittihamçıları isə qərəzlidir. Azərbaycan demokratiya ilə bağlı öhdəliklər götürsə də həmin öhdəliklərə əməl etmir. İnsan haqları kütləvi şəkildə pozulur. İnsan haqlarının pozulmasında hakimlər, dövlət ittihamçıları fəal iştirak edir”.

Bununla da müttəhimlərin son sözlə çıxışları sona çatıb.

Martın 17-də hökm oxunacaq.
-
Məhkəmənin gedişi barədə nə düşünürsən?
Şərhini yaz!
XS
SM
MD
LG