Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

ATƏT Ukraynaya hərbi müşahidəçilər göndərir


Ukraine - Ukrainian servicemen stand guard at an air base located in the village of Lyubimovka near a local airfield, southwest of Simferopol, Crimea's capital March 5, 2014
Ukraine - Ukrainian servicemen stand guard at an air base located in the village of Lyubimovka near a local airfield, southwest of Simferopol, Crimea's capital March 5, 2014
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT-ə üzv olan 18 ölkə Ukraynaya hərbi müşahidəçilər göndərmək qərarına gəlib. Kiyevin müraciəti əsasında göndərilən müşahidəçilər silahsız və 35 nəfərdən ibarət olacaqlar. Onlar martın 5-dən 12-ə qədər müşahidə aparacaqlar. Müşahidəyə Odessa şəhərindən başlamaq planlaşdırlır.

ATƏT-in Baş katibi Lamberto Zannier bildirir ki, bu müşahidəçilərin göndərilməsinin Ukraynada gərginliyi bir qədər aşağı salacağına ümid edirlər: “Yerdəki faktiki vəziyyətin konkret qiymətləndirilməsi əsasında ATƏT hazırkı böhranın dialoq yolu ilə aradan qaldırılmasına yardım edə bilər.”

Fevralın sonunda Kiyevdə təhlükəsizlik qüvvələri ilə müxalifət fəalları arasında çox sayda insan tələfatı ilə nəticələnən qarşıdurmadan sonra Ukrayna prezidenti Viktor Yanukovych ölkəni tərk edib. Bundan sonra əhalisinin əksəriyyətinin rus dillilər təşkil edən Ukraynanın Krım Muxtar Vilayətində tanınma nişanlarını gizlədən hərbçilər peyda olub. Yerli sakinlər onların Rusiya ordusunun hərbçiləri olduqlarını deyirlər.

Rusiya prezidenti parlamentdən Ukraynada ordudan istifadəyə razılıq alsa da hələlik bu ölkəyə ordu yeridilməsi barədə məlumatları inkar edir.

Kiyev isə Moskvanı işğalçılıqda ittiham edərək əsgərlərini Ukrayna ərazisindən geri çəkməyi tələb edir.
XS
SM
MD
LG