Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 22:24

Putin: "Yanukovychin siyasi gələcəyi yoxdur"


Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Krımdakı davranışının tam qanuni olduğunu bildirib.O, rus ordusunun yarımadadakı hərəkətini hümanitar missiya saydığını söyləyib, amma eyni zamanda bunu da qeyd edib ki, orada Rusiya vətəndaşlarına hücum olsa, Rusiya buna biganə qalmayacaq.

Vladimir Putin Ukraynada baş verən hökumət dəyişikliyini qanunsuz çevriliş və hakimiyyətin hərbi yolla qəsbi adlandırıb. Putin devrilmiş prezident Viktor Yanukovychin legitim prezident olduğunu da dilə gətirib. Rusiya prezidenti Ukrayna xalqının dəyişiklik istəyini anladığını deyərək, bu dəyişikliyin qanuni yolla gerçəkləşdirilmə zərurətini vurğulayıb.

Putin bildirib ki, Ukraynada mayda keçirilməsi nəzərdə tutulan prezident seçkisinədək bu ölkə ilə münasibətlər bərpa edilə bilməz. O, Yanukovych-in indən belə siyasi gələcəyinin olmamasını və yalnız həyatını qurtarmaq üçün Rusiyanın ona sığınacaq verdiyini sözlərinə əlavə edib.

Vladimir Putin daha öncə Ukrayna sərhədində cəmləşdirilən Rusiya qoşunlarının geri - öz bazalarına çəkilməsinə göstəriş versə də, məsələnin bütövlükdə açıq qaldığını söyləyib.

ABŞ Dövlət katibi John Kerry-ninsə bu gün - martın 4-də Kiyevə səfəri gözlənilir.
XS
SM
MD
LG