Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:39

Krıma zirehli texnika yığılır (3-4 mart xronikası)

Krıma 16 minə yaxın Rus hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üşün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib. Rusiyalı deputat Segey Markov bəyan edib ki, bu hərbçilərin su və işığını kəsmək lazımdır. Xarici ictimaiyyət regiona müşahidəçilərin göndərilməsi tələb edir. Putin Rus ordusunun Ukrayna sərhədlərində aparılan hərbi manevrlərini müşahidə edir. Pentagon Rusiya ilə hərbi əməkdaşlığı tamamilə kəsdiyini bəyan edib.

AzadliqRadiosu hadisələrin gedişi yaxından izləyərək bu bloqu Krımda, Ukraynda, Moskvada, Qərbdə və sosial şəbəkələrdə baş verən olaylarla yeniləyib. Ən yeni xəbərlər bloqun yuxarı hissəsindədir. "Davamı" düyməsini basmaqla bloqu "səhifələmək" olar. Martın 4-nün hadisələrini yeni Canlı bloqda izlə, Azadlqida qal!
19:36 2.3.2014
Ban Ki-moon Vladimir Putinlə danışıb...

BMT-nin baş katibi Ban Ki-moon şənbə günü Nyu Yorkda Ukraynadakı durum və Rusiyanın aşkar hərbi müdaxilə niyyətləri barədə danışıb:
“Elə indicə Rusiya prezidenti Vladimir Putinlə danışdım. Ona dedim ki, Ukraynadakı ciddi və sürətlə dəyişən prosesləri diqqətlə izləyirəm. Özəlliklə ölkənin bütövlüyü, suverenliyi və ərazi bütövlüyünə zərbə vuracaq son hadisələrdən narahatam”.
Ban Ki-moon sakitliyin bərqərar olmasını vacib adlandırıb. “Sakit beyinlər qalib gəlməli, böhranı bitirmək üçün yeganə alət dialoq olmalıdır. Mən Prezident Putinə müraciət edib Kiyev rəsmiləri ilə birbaşa dialoqa çağırdım,” BMT-nin baş katibi əlavə edib.
18:55 2.3.2014
Ukraynanın Balaclava portuna daxil olan rus gəmilərindən biri
18:12 2.3.2014
MOSKVADA «MÜHARİBƏYƏ YOX» AKSİYASI KEÇİRİLİB

Moskvada keçirilmiş etiraz aksiyası zamanı saxlanılanlardan biri
Moskvada keçirilmiş etiraz aksiyası zamanı saxlanılanlardan biri

Bazar günü Moskva polisi Ukraynaya hərbi müdaxiləyə etiraz edən onlarla adamı saxlayıb. İnterfaks agentliyi polisə istinadla 40 nəfərin «ictimai asayişi pozmaq cəhdinə görə» saxlandığını xəbərləyir. Etiraz Moskvanın mərkəzində, müdafiə nazirliyi yaxınlığında keçirilib.
Ovdinfo hüquq-müdafiə təşkilatı 100 nəfərin saxlandığını bildirib.
Müharibəyə etiraz edənlər Kreml və Qızıl Meydan yaxınlığına da toplaşıblar. Əllərində «Müharibəyə yox» şüarı tutublar. Bəziləri Ukraynanın bayrağını qaldırıblar. Ovdinfo burada 30 nəfərin saxlandığını bildirir.

Davamı

XS
SM
MD
LG