Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:43

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


21:58 24.2.2014
KRIM TATARLARI YANUKOVYCH-İ DƏSTƏKLƏYƏN YERLİ PARLAMENTİN BURAXILMASINI TƏLƏB EDİR

Fevralın 23-də Simferepolda mitinq keçirən Krım tatarları devrilmiş prezident Viktor Yanukovychi müdafiə edən yerli parlamentin buraxılmasını tələb edib.

Tatarların lideri Rifat Chubarov həmçinin 10 günə Leninin Simferepoldakı heykəlinin götürülməsini tələb edib.

Həmin aksiyadan AzadlıqRadiosunun tatar-Başqırd xidmətinin çəkdiyi video:
Krım tatarları regional parlamentin buraxılmasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
21:55 24.2.2014
Avropa Komissiyası Ukraynadkı müvəqqəti hakimiyyəti tanıyıb

Avropa Komisiyası Oleksandr Turchynovu Ukraynanın müvəqqəti qanuni prezidenti kimi tanıyıb.

Rusiyanın baş naziri Dimitry Medvedev isə Ukraynadakı yeni hakimiyyətin legitimliyini ciddi şübhə altında qoyub.O Kiyevdəki hakimiyyətin bir sıra dövlətlər tərəfindən tanınmasını yalnış addım adlandırıb və qeyd edib ki, silahlı adamlar dialoqda tərəfdaş ola bilməz.O qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı bütün hüquqi razılaşmalara əməl ediləcək, amma neftin qiymətinin ucuzlaşdırılması ilə bağlı devrilimiş prezident Viktor Yanukovychlə əldə edilmiş razılaşmaya hələ baxılmalıdır.

Qeyd edək ki, yeni Ukrayna rəhbərliyi Viktor Yanukovychin həbsinə order verilib.
O nümaiyişlər zamanı törədilən kütləvi qətlllərdə ittiham olunur.Ukraynada baş verən son toqquşmalarda 80-dən çox adam ölüb.

Məlumatlara görə, Yanukovychi sonuncu dəfə Krımda görüblər.

Prezident əvəzi Oleksandr Turchynov parlamenti milli birlik hökuməti yaradılmasında razılığa gəlməyə çağırıb.O həmçinin Avropaya inteqrasiyanın yeni hakimiyyətin qarşısında duran əsas məsələ olduğunu bildirib.

Müxalifət lideri Arseniy Yatsenyuk ölkənin iflas həddində olduğunu deyir.Maliyyə naziri Yuriy Kolobov bildirib ki, ölkə iqtisadiyyatına yaxın 2 il ərzində təxminən 35 milyard dollar vəsait lazımdır. O bunun üçün beynəlxalq donorların konfransını keçirməyə çağırıb.
19:41 24.2.2014
Rusiyanın iqtisadiyyat naziri bəyan edib ki, Ukrayna Avropa ilə iqtisadi əməkdaşlığa başlasa, Rusiya bu ölkədən idxal olan mallara gömrük rüsumlarını artıracaq.

Bakı sakinləri Ukrayna hadisələri haqda nə fikirləşir? Ətraflı videoda

19:24 24.2.2014
AUDİO - Ukraynada yaşayan Fuad Əliyev Ukraynanın STV kanalında rejisyyor işləyir. Elxan Nəsibli ilə müsahibəsində Fual Əliyev Kiyevdəki son vəziyyəti belə təsvir edir. (Fotoda prezident Yanukovychin Kiyev yaxınlığında sahibsiz qalan imarəti)

Davamı

XS
SM
MD
LG