Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:50

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


02:16 24.2.2014
ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Susan Rice bildirib ki, Rusiyanın Ukraynaya qoşun göndərməsi "ağır səhv" olardı.

NBC telekanalına müsahibəsində o, qeyd edib ki, Ukraynanın parçalanması heç kəsin mənafeyinə uyğun deyil.

Onun sözlərinə görə, Washington Ukraynada demokratik seçkilərin keçirilməsini, milli birlik hökumətinin yaradılmasını istəyir.

Rice ABŞ-ın hazırda Ukraynaya maliyyə yardımı ayırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə birgə çalışdığını bildirib.
00:49 24.2.2014
Bugün Ukrayna Ali Radası spiker Oleksandr Turchynov prezident səlahiyyətlərini müvəqqəti icra etməsinə dair qərar qəbul edib.

O. Turchynov Yulia Tymoshenkonun Batkivshchyna- partiyasının sədr müavinidir.

O. Turchynov əvvəllər Ukraynanın Təhlükəsizlik Xidmətində çalışıb.
19:18 23.2.2014
Ukraynanın azadlığa çıxmış keçmiş baş naziri Yulia Tymoshenko fevralın 23-də ABŞ səfiri Jeff Payette və Avropa Birliyinin nümayəndəliyinin rəhbəri Jan Tombinski ilə görüşüb. Görüşdə ölkənin hazırki böhrah halından çıxarılması yolları müzakirə olunub.
Məlumatı “Batkivşina” (Vətən) fraksiyasının mətbuat xidmətinə istinadən İnterfaks yayıb.
Səfirlər Tymoshenko-nu azadlığa çıxması münasibətilə təbrik ediblər, ona tezliklə sağlamlığına qovuşmağı arzulayıblar. Tərəflər hazırki durumu təhlil ediblər, böhrandan çıxış yollarını götür-qoy ediblər.
“Batkivşina”nın məlumatına görə, səfirlər razılaşıblar ki, Ukraynanın bütövlüyünü qorumaq, vətəndaşların ölümünə səbəb olan cinayət xarakterli göstərişlər verənlərin cəzalandırılması prioritet məsələlərdəndir.
Tombinski məlumat verib ki, Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton gələn həftənin əvvəlində Ukraynaya səfər planlaşdırır.
19:16 23.2.2014

Davamı

XS
SM
MD
LG