Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
10:30 20.2.2014
-
Fevralın 19-da Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri
Angela Merkel telefon söhətində Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, prezident və kansler Ukraynada çoxsaylı insan ölümü ilə nəticələnən daxili vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Tərəflər Ukraynada stabilliyə nail olmaq üçün təcili tədbirlər görməyin vacib olduğunu qeyd ediblər.

Mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin və Angela Merkel Ukraynada baş verənlərlə bağlı əlaqələri davam etdirməyi qərara alıblar.
11:59 20.2.2014


Kiyevdəki qarşıdurmalarda ölənlərin sayı 28-ə çatıb.

Bu barədə fevralın 20-də Ukrayna səhiyyə nazirliyinin saytında məlumat verilib.

Nazirliyin məlumatına görə, 445 nəfər zərərçəkən müxtəlif tibb müəssisələrinə müraciət edib. Hazırda xəstəxanalarda 287 nəfər müalicə almaqdadır. Onların arasında 6 jurnalist də var.

Avromaydan fəallarının məlumatına görə, xəsarət alanların sayı mindən çoxdur.
Fevralın 20-də Ukraynada matəm elan olunub.

Ötən gecə hökumətlə müxalifət arasında müvəqqəti sakitliklə bağlı razılıq əldə edilib. Amma buna baxmayaraq, gecə Avromaydan barrikadalarında partlayış və atışma səslərinin eşidildiyi bildirilir.
13:28 20.2.2014
13:54 20.2.2014

Davamı

XS
SM
MD
LG