Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:39

Naxçıvan statistikası [Video]


-


«İşdən Sonra» verilişində Naxçıvana dair rəsmi rəqəmlər müzakirə olunub:

NAXÇIVANDAN BÖYÜK KÖÇ VAR

Siyasətçi Asəf Quliyev Naxçıvanda işsizlərin olmamasıyla bağlı statistikanı gülünc sayır:

«Son 20 ildə Naxçıvanda işsizlərin sayı çoxdur. Onlar işləmək üçün Bakıya, Türkiyəyə, Rusiyaya gedirlər. Bu bir həqiqətdir ki, Naxçıvandan böyük bir köç var. Demək olar ki, Naxçıvanda ancaq dövlət işçiləri yaşayır. Təxminən 50 mindən artıq işsiz var.

İnsanlar Naxçıvanı işsizliklə yanaşı, başqa səbəblərdən də tərk edirlər. Rejimin sərtliyi, hüquq-mühafizə sisteminin burada at oynatması, insanların səbəbsiz həbs olunması da insanların Naxçıvandan uzaqlaşmasına gətirib çıxarır. Dünyanın inkişaf etmiş ölkələrində belə işsiz insanlar var. Naxçıvanda işsizlərin olmaması statistikası sadəcə gülünc görünür...».

GÖZLƏNİLƏN TƏZYİQLƏR, İŞGƏNCƏLƏR CİNAYƏTƏ MEYLİ AZALDIR

Asəf Quliyev cinayətlərin sayının azalmasını da əhalinin sayının azalmağı ilə bağlayır:

«Bu gün Naxçıvanda təqribən 200000-ə yaxın əhali yaşayır. Burada yaşayanların əksəriyyəti dövlət qulluqçularıdır ki, onlar da cinayətdən kənarda qalırlar. Digər bir tərəfdən, insanlar təzyiqləri, işgəncələr gözə alaraq cinayətə meyl etmirlər. Bu, hüquq-mühafizə orqanlarının əməyinin nəticəsi deyil. Dövlət məmurlarının cinayətlərinin üstü açılsa, mülkü şəxslərin etdiyi cinayətlərin sayından daha çoxdur...».

NAXÇIVANDA MƏMURLAR, DÖVLƏT QULLUQÇULARI YAŞAYIRLAR

hüquq müdafiəçisi Məlahət Nəsibova Naxçıvanda əhalinin azalmasının gözlə görünən olduğunu deyir:

«Naxçıvandan işsizliyin sayı az ola bilər. Çünki burada ancaq məmurlar yaşayır. Yeni iş yerlərinin açılmasına gəlincə isə, dövlət universitetində çalışan müəllim özəl müəssisədə də çalışır. Ancaq bu o demək deyil ki, yeni iş yeri açılıb... Naxçıvanı gəzən hər bir şəxs burada yaşlı əhalinin və uşaqların çox olduğunu görər. Rəqəmlərdən daha çox vəziyyətə baxmaq lazımdır. İnsanlar iş üçün başqa yerlərə gedirlər. Açılan yeni müəssisələrdə naxçıvanlılar yox, xaricilər işləyirlər. Burada 435000 adamın yaşaması statistikası gülüncdür...».

CİNAYƏT İŞLƏRİ İNZİBATİ İŞLƏRLƏ ƏVƏZLƏNİR

Hüquq müdafiəçisi statistik rəqəmlərdə cinayətlərin sayının azalmasını belə izah edir:

«Naxçıvanda cinayət halları həqiqətən də azalıb. Ancaq bu məsələ bəzi amillərlə bağlıdır. Bəzən cinayət işlərini məhkəmələrdə inzibati işlərə çevirirlər. İş cinayət kimi qeyd alınsa da, inzibatı işlərə çevrilir. Cinayət baş verdikdən sonra 3 aylıq həbs-qətimkan tədbiri müddətində hüquq-mühafizə orqanları ailələrlə iş aparmağa başlayırlar. Sonra müəyyən vədlərlə bu cinayət işləri inzibati işə çevrilir...».
XS
SM
MD
LG