Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Hakim NİDA-çılara: «Sakitləşin, oturun yerinizə»


Cavid Hüseynov
Cavid Hüseynov
-
Yanvarın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların işi ilə bağlı proses davam edib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyindən olan şahidlər prosesə gəlməyiblər. Hakim Cavid Hüseynov deyib ki, məhkəmə həmin şəxslərə rəsmi bildirişlər göndərib və siyahı üzrə dindirmə aparmaq istəyir. Ancaq MTN-in şahidləri regionda xidmətdə olduqlarından məhkəmə təxirə salınır. Hakim növbəti proseslərə digər şahidlərin də dəvət olunacağını söyləyib. “Məhkəmə buna təəssüf edir,” hakim belə deyib.

NİDA-çılar həmin şahidlərin məhkəməyə məcburi gətirilməsi qərarını çıxarmaq təklifi veriblər. Hakim onlara xitabən “Sakitləşin, əyləşin yerinizə” deyib.

Növbəti proses yanvarın 30-da davam edəcək.

NİDA üzvləri ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılır.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. “Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG