Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Hafiz Məmmədov: 'Mənə dedilər ki, çəkiliş yoxdur...'- [Video]


İlham Əliyev Hafiz Məmmədov və Ziya Məmmədovla birlikdə
İlham Əliyev Hafiz Məmmədov və Ziya Məmmədovla birlikdə
-
««Qəbələ» klubunun rəhbərliyi gördüyü bütün işlərdə uğur qazanıb. «Qəbələ»nin prezidenti Tale Heydərov Avropada bir çox tanınmış şəxslərə Azərbaycanı sevdirə bilib, işin necə aparılmasını göstərib. Onlar həm biznesdə, həm də siyasətdə təmiz iş görürlər. Mən bunları hələ 3 il bundan qabaq demişəm. Əsas odur ki, məqsədləri çox ciddi işlər görməkdir. Tony Adamsı da buna görə gətirmişdilər». «Bakı» klubunun prezidenti, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov Stadium.az saytına müsahibəsində belə deyib.

Hafiz Məmmədov mətbuatda onunla bağlı yazılanlara dair sualı da cavablandırıb:

«YAZIRLAR 20 CANGÜDƏNLƏ GƏZİRƏM»

Hafiz

Fransanın Canal+Sport kanalının çəkdiyi sənədli film

«Hər kəsin öz fikri var. Biz həmişə təmiz tənqidi qəbul etmişik. Amma bəzi Beydullayevlər bizə qarşı antikampaniya aparır, anticəbhə yaradıblar. Mən həmişə övladlarıma demişəm, ən yaxşı ölkədə yaşayırıq. Bu ölkənin bayrağı Fransada – Lansda dalğalananda mən bundan qürur duyuram. Bunları gedib orda görmək lazımdır. Avropa çempionatının bəzi oyunları «Lans»da keçiriləcək və Azərbaycanın bayrağı da orda dalğalanacaq. Fransa isə Azərbaycana dost ölkədir və bu dostluq daha da güclənməlidir. Fransada, İspaniyada gördüyümüz işlərə görə heç kim mənə təşəkkür etmir, hamısı Azərbaycana çox sağol deyir. «Lans» və «Atletiko»da bütün azarkeşlər deyir ki «Land of Fire Azerbaijan» onlara düşüb. Qardaş, onlar Ashot Terpetsyan (belə yazılıb – red.) demirlər ki, Azərbaycan deyirlər də... Buna paxıllıq etmək lazımdır, yoxsa sevinmək? Latın Amerikasının, demək olar, hamısı ispandillidir, indi «Atletiko»ya görə onlar Azərbaycanı tanıyır, pis etmişik? Hərənin bir fikri ola bilər.
Ölkə adına bu qədər iş görəsən, amma buna şər-böhtan atalar, olmaz axı. Mən bir çox jurnalistlərin tənqidi fikirlərini oxuyuram, hörmətlə yanaşıram, düz olanını da qəbul edirəm
Mən Heydər Əliyevçiyəm. Hamının fikrinə hörmətlə yanaşıram, amma əqidəsi düzdürsə. Mən belə əqidəsiz insanların tənqidinə fikir vermirəm, çünki tənqid deyil. Onlar xalqın düşmənidir. Ölkə adına bu qədər iş görəsən, amma buna şər-böhtan atalar, olmaz axı. Mən bir çox jurnalistlərin tənqidi fikirlərini oxuyuram, hörmətlə yanaşıram, düz olanını da qəbul edirəm. Bizim Avropa və dünyada işimizə qiymət verən xarici təşkilatlar var. Onlar da hamısı təsdiqləyir ki, bizim “Lans”a, “Atletiko”ya xərclədiyimiz pullarda çirkli nəsə yoxdur, öz pulumuzu xərcləyirik. Buna heç kimin ixtiyarı çatmır ki, bizə nəsə desin. Mənim yerimə kim olsa, onları məhkəyə verərdi, amma baş qoşmuram. Yazırlar 20 cangüdənlə gəzirəm (gülür). Mənim cangüdənlərim yoxdur, yanımda olan insanlar ən yaxın dostlarımdır. Bir qədər ağır tərpənən, hərəkət edən insanam. Buna görə həmişə yanımda olurlar, mənə kömək edirlər.

Demişəm ki, gəlsinlər filan şəhərlərə, görsünlər orda neçə nəfərlə gəzirəm. Mən fransızları da bura dəvət etmişdim ki, gəlib inkişafı öz gözləriylə görsünlər. “Eurovision” öncəsi Fransa mətbuatında yazmışdılar ki, “Bakıya getməyin, adamları öldürürlər”. Mənim dostum olan fransız iş adamı isə Bakıdan onlara zəng vurmuşdu ki, “səhər saat beşdir, bulvardayam. Heç kim də məni öldürmür”, çox əsəbləşmişdi. Bunu ona görə etdi ki, gəldi, buradakı vəziyyəti özü görmüşdü, o da Fransada olsaydı, yazılanları oxuyub elə düşünəcəkdi. Falkao kimi futbolçu Bakıdan gedəndə bildirdi ki, yoldaşını götürüb bura istirahətə gələcək.

«ELƏ BİL «KURTLAR VADİSİ» ÇƏKİLİR»

Bir şey deyim, Azərbaycan xalqı bircə günə «Qarabağ»ı geri qaytarar. Bu xalqın qeyrətli, vətənpərvər övladları saysızdı. Heç kim istəməz ki, ana və bacılar gözüyaşlı qalsın, ata və qardaşlar şəhid olsun. Kimsə bunların olmasını istəməz, amma böyük oyunlar var, çox böyük. Bəzi böyük dövlətlər buna imkan vermir. İndi bu ölkələrlə yaxın münasibət qurmaq lazımdır. Bunlar da bir günə, bir aya, bir ilə həll olunacaq işlər deyil. İndi o Xədicə, beydulla ( son ad kiçik hərflə yazılıb, kimi nəzərdə tutduğu açıqlanmır – red.) gəlsin görüm, onların dədə-babası biz gördüyümüz işlərin hansın görüblər?
Mən fransalı jurnalistə pis nəsə yox, saat hədiyyə etdim. Bununla bir növ xalqımın qonaqpərvərliyini göstərmək istədim, amma başqa yerə yozdular. Mən bəyəm bilmirəm ki, kamera önündə insan özünü necə aparmalıdır, içkini necə içməlidir?
Gəlsinlər, desinlər, dədə-babaları, özləri, hansısa azərbaycanlıya yaxşılıq ediblər? Tam səmimi deyirəm, məsləhət görürəm sizlər də bunların yazdığına fikir verməyəsiz. İnternet başqa şeydir də, Fransada oxucu yazılan milyon yaxşı məqama yox, bir neqativ hala diqqət yetirir. Mən heç kimə ev, mülkiyyət göstərmirəm. Əl yumaq üçün yer istəyir, onlara yolu göstərirəm, amma məni arxadan gizli kamerayla çəkirlər. Kim nə qazanırsa, bunu daxildə də, xaricdə də yoxlayırlar. İndi biz xaricdə çox rahat şəkildə fəaliyyət göstəririk. Çünki çirkli işlə məşğul deyilik.

Bu şirkət nə etdiyini çox yaxşı bilir. Əgər onların futboldan çəkmək fikirləri olsaydı, həmin an yanımda olan “Atletiko”nun rəsmisi Emilyonu da çəkərdilər ki, İspaniya klubunun nümayəndəsi də buradadır. Emilyo “Atletiko” rəsmisidir və İspaniyada bir nömrəli marketinq adamıdır. Məni elə göstərirlər ki, elə bil “Kurtlar Vadisi” çəkilir. Sonda isə deyir ki, “bu adam atasının yox, ölkəsinin adını reklam edir”. Ermənipərəst fransız bunu deyir, amma bəzi bizimkilər heç bunu da demirlər. Bilirdim ki, o çəkiliş belə olacaq və bilə-bilə buna razı oldum, amma gizli çəkilişləri nəzərə almamışdım. Zaman, vaxt hamı üçün önəmlidir, ən çox saata baxırsan. Mən fransalı jurnalistə pis nəsə yox, saat hədiyyə etdim. Bununla bir növ xalqımın qonaqpərvərliyini göstərmək istədim, amma başqa yerə yozdular. Mən bəyəm bilmirəm ki, kamera önündə insan özünü necə aparmalıdır, içkini necə içməlidir? Mənə dedilər ki, hələ çəkiliş yoxdur, sadəcə, söhbət edirlər, amma gizlincə çəkiblər hamısını. Orda əsas çəkilişdən heç nə vermirlər. Mən o çəkilişdə onlara çox yaxşı başa salmışdım ki, Azərbaycan necə ölkədir, erməni necədir. Yenə deyirəm, tənqidi qəbul edirəm, amma təhqiri yox.
XS
SM
MD
LG