Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:26

Kiyevdəki mitinqlərə qoşulan Elxan Nuriyev: «Əsas tələbimiz odur ki...»


Meydan hərəkatının növbəti günü
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Meydan hərəkatının növəti günü

-

"Noyabrın 21-də axşam meydana çıxan 50 nəfərdən biri də mən idim. 2 gün yağışın altında meydanda qaldıq".

"Qərbi Ukraynanın şəhərlərində belə bir ənənə yaranır, yerli bələdiyyələr prezident Yanukoviçin hakimiyyətini tanımaqdan imtina edirlər. "



Kiyevdə yerləşən GÜAM Ölkələri Jurnalistlərin Araşdırma Mərkəzinin (QHT) direktoru Elxan Nuriyev Ukrayna hökumətinə qarşı etiraz aksiyalarında iştirak edir.


- Bu gün Ukrayna hökumətini istefaya göndərmək mümkün olmayandan sonra Kiyevdə nələr baş verir?

- Kiyevdə müxalifət liderləri toplantı keçirərək yeni strategiyalarını müəyyənləşdirirlər. Əhalinin, mitinqlərin zor gücünə dağıdılmasına görə hökumətə qarşı hiddəti böyükdür. Regionlardan paytaxta insanlar axışır. Amma eyni zamanda hökumət də regionlardan Kiyevə əlavə polis qüvvələri gətirir, bundan başqa ölkənin Şərq bölgələrindən paytaxta idmançı görkəmli gənclər də cəlb edir. Bunlarla bağlı bəzi yerli telekanallarda süjetlər də göstərilib. Belə görünür ki, hakimiyyət hələ ki güzəştə getmək fikrində deyil.
Etirazçılar Kiyevin Müstəqillik meydanında, 3 dekabr 2013
Etirazçılar Kiyevin Müstəqillik meydanında, 3 dekabr 2013

- Sizcə, qarşıdurma davam edəcəkmi, müxalifət nə dərəcədə güclüdür?

- Əlbəttə ki, Ukraynada daha böyük qarşıdurmanın baş verməsi Rusiyanın arzusu olardı. Bu dəfəki proseslərin ən mühüm cəhəti ondan ibarətdir ki, regional bölünmə baş vermədi, Qərb və Şərq bölgələrində insanların fikri əsasən üst-üstə düşdü. Yəni insanlar, əvvəla, özlərini avropalı hesab edirlər. İkincisi də, demək olar ki hamı dinc nümayişçilərə qarşı güc tətbiqini pislədi. Bu baxımdan Ukraynada çox xoşagələn vəziyyət yaranıb.

Amma Ukrayna hakimiyyətinin dilə gətirdiyi bəzi arqumentlərdəki həqiqətləri də qeyd etmək istərdim. Ukraynanın ixracatının 36 faizi Rusiyaya gedir. Bundan başqa Ukraynanın bank sistemində Rusiyanın dövlət banklarının payı 20 faizdən yuxarıdır. Bunun 10 faizi bəs edir ki, hansısa xarici bank ölkənin valyuta kursuna, daxili bazarına, maliyyə sisteminə təsir edə bilsin. Bu da anlaşılandır. Amma hökumət yazdan bəri deyirdi ki, Avropa Birliyi ilə assosiativ saziş bağlayacaq, ona görə də bu xarici təhlükə faktorunu da nəzərə almalı və tədbir görməli idi. Amma prezidentin Avropa Birliyinin noyabrın axırındakı sammitinə 1 həftə qalmış sazişi bağlamaqdan imtina etməsi, təbii ki, bəzi şübhələr yaradır.
Elxan Nuriyev
Elxan Nuriyev

Mənə belə gəlir ki, yaxın günlərdə aksiyalar davam etsə də, hansısa ciddi qarşıdurmalar olmayacaq. Müxalifət öz qüvvələrini səfərbər edəcək. Naqdauna düşmüş hakimiyyət isə özünə gəlməklə məşğul olacaq. İstənilən halda Ukraynada dəyişikliklər baş verir. Cəmiyyət oyanır. Sadəcə, bu, vaxt məsələsidir. Dəyişiklik hansı ardıcıllıqla olacaq, bu başqa məsələdir. Bu gün bizim tələbimiz ondan ibarətdir ki, Ukraynada dinc nümayişçilərə güc tətbiq edən hökumət istefa verməlidir - baş nazir başda olmaqla. Yeni prezident və parlament seçkiləri keçirilməlidir.

- Siz özünüz etirazlara nə vaxtdan qoşulmusunuz?

- Noyabrın 21-də axşam meydana çıxan 50 nəfərdən biri də mən idim. 2 gün yağışın altında meydanda qaldıq. İndi həmin adamlardan biri etirazların keçirildiyi meydanın komendantıdır. Son günlər mən regionlarda da olmuşam. Lvov vilayətində bələdiyyə rəhbərləri ilə görüşmüşük. Qərbi Ukraynanın şəhərlərində belə bir ənənə yaranır, yerli bələdiyyələr prezident Yanukoviçin hakimiyyətini tanımaqdan imtina edirlər.

- Bəs sizcə, belə addımlar Ukraynanın parçalanması ilə nəticələnə bilərmi?

- Bu, çox ağrılı məsələdir. Bu sualda müəyyən həqiqət də var. Əslində, parçalanma ssenarisi Rusiya tərəfindən çoxdan düşünülüb. Ukraynanın müstəqillik qazandığı ilk illərdən. Amma bu dəfəki proseslərin belə bir təhlükəyə şərait yaratdığına inanmıram. Çünki ölkənin hər yerində hökumətə eyni dərəcədə nifrət, onu eyni dərəcədə sevməmək bu təhlükəni aradan qaldırır. Ukraynalılar kifayət qədər ağıllı millətdirlər və məncə, xaricdə hazırlanan ssenarilərə getməyəcəklər.
XS
SM
MD
LG