Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

Rohani: İran nüvə silahına sahib olmaq istəmir


İran prezidenti Hassan Rohani
İran prezidenti Hassan Rohani
-
Bunu İranın yeni prezidenti Hassan Rohani ABŞ-ın NBC televiziyasına müsahibəsində bildirib.
Rohani müsahibəsində ABŞ prezidenti Barack Obamanın ona göndərdiyi məktubu faydalı adlandırıb.
Deyib ki, İran mübahisəli nüvə proqramı ilə bağlı Qərblə razılığa gəlmək üçün müzakirələrə hazırdır. Prezident bunun üçün tam səlahiyyətli olduğunu deyib.
Rohani ölkəsinin heç vaxt nüvə silahı proqramını inkişaf etdirməyəcəyini də təkrarlayıb: “Bu çox əhəmiyyətli gələcəyə doğru atılan incə və kiçik addımlar ola bilər”.
DİPLOMATİYA PƏNCƏRƏSİ HƏLƏ AÇIQDIR

Bu arada Ağ Ev Obama ilə Rohani arasında məktublaşma haqda məlumat yayıb. Ağ Evin sözçüsü Jay Carney deyib ki, prezident məktubunda ABŞ-ın İranın nüvə proqramının tamamilə sülh məqsədli olması ilə bağlı həllinə hazırdır. “Məktubda problemin təcili həll edilməsi vurğulanıb. Dediyimiz kimi xeyli vaxtdır problemin həlli üçün diplomatiya pəncərəsi hələ açıqdır, ancaq sonsuza qədər açıq qalmayacaq”.
ROHANİ SİYASİ MƏHBUSLARI AZAD EDİB
Həbsdən yenicə çıxmış hüquq müdafiəçisi Nasrin Sotoudeh ailəsiylə birlikdə
Həbsdən yenicə çıxmış hüquq müdafiəçisi Nasrin Sotoudeh ailəsiylə birlikdə
Bu arada İranda aralarında tanınmış hüquq müdafiəçisi və vəkil Nasrin Sotoudeh olduğu 11 siyasi məhkum azad olunub. Nasrin Sotoudeh 2010-cu ildə həbs olunmuşdu. Milli təhlükəsizliyə xələl yetirməkdə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmişdi.
Buraxılanlardan 8-i qadın, 3-ü kişidir. İslahatçı siyasətçi Mohsin Aminzadeh də azad olunanlar arasındadır.
Siyasi məhbuslar İran prezidenti Ruhaninin BMT-nin toplantısında iştirak etmək üçün Nyu Yorka getməsindən bir neçə gün əvvəl buraxılıb.
Rohani seçki vaxtı siyasi məhbusları azad etməyə söz vermişdi.
Hassan Rohani bu ilin iyununda prezident seçilib.
XS
SM
MD
LG