Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

Ehtiyat namizəd: lehinə 43, əleyhinə 42 [Video]


Milli Şura ehtiyat vahid namizədin seçilməsi barədə qərar verdi
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00
-
Milli Şuranın 19 avqust toplantısında ehtiyat vahid namizədin seçilməsi barədə qərar qəbul olunub.

43 nəfər ehtiyat namizəd variantının lehinə, 42 nəfər isə əleyhinə səs verib.

Vahid namizədin kimliyi Milli Şuranın növbəti sessiyalarında müəyyənləşəcək.

İsa Qəmbər və Eldar Namazovun dedikləri

Your browser does not support iframes.

EHTİYAT NAMİZƏDLİYƏ NAMİZƏDLƏR

Toplantıda Cəmil Həsənli, Mehman Əliyevin ehtiyat namizədliyi müzakirə olunub. Daha bir namizəd kimi Gültəkin Hacıbəyli irəli sürülsə də, o, buna qarşı çıxıb.

İkinci çıxış yolu kimi hər partiyanın öz namizədi ilə seçkiyə qatılması və seçkiöncəsi daha çox səs toplama ehtimalı olan şəxsin vahid namizəd irəli sürülməsi təklif olunur.

İBRAHİMBƏYOV SESSİYADA ÇIXIŞ ETDİ...

Milli Şura üzvü Samir Əsədli AzadlıqRadiosuna deyib ki, Rüstəm İbrahimbəyov «Skype»la toplantıya qoşulub. Vətəndaşlıqdan çıxma problemini hələ həll edə bilmədiyini bildirib. Əlavə edib ki, Milli Şura çıxış yolu kimi hansı qərarı qəbul eləsə, hörmətlə yanaşacaq.

Müzakirələr davam edir.

İKİ MƏSƏLƏ

Qapalı toplantı hələ də davam edir. Toplantıdan çıxanlar gərgin müzakirələrin getdiyini deyirlər. Hələ ki razılığa gələ bilməyiblər. Özəlliklə iki məsələ müzakirə olunur: ehtiyat vahid namizəd və ya hər partiyanın öz namizədi ilə seçkilərə qatılması. Hələlik ortaq fikrə gəlməyiblər. Müzakirələr davam edir.

SESSİYA QAPALI KEÇİRİLİR

Avqustun 19-da Milli Şuranın qapalı sessiyası başlayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, toplantıda bir neçə məsələnin müzakirəsi gedir.

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, onlar bu gün Milli Şuranın alternativ namizədini təsdiqləyə bilərlər.

Milli Şuranın hazırda vahid namizədi yazıçı Rüstəm İbrahimbəyovdur.

Milli Şura bundan əvvəl 19 avqustda müzakirə edəcək memorandum layihəsini ictimaiyyətə açıqlamışdı.

Memorandumda əsasən bu məsələlər əksini tapıb:

1. DQMŞ-nin sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi sona qədər dəstəklənsin;

2. Milli Şuranın seçki prosesindən kənarda qalmaq təhlükəsini nəzərə alaraq qurum üzvü olan potensial namizədlərin prezident seçkisində iştirak etməsi məqsədəuyğun sayılsın;

3. Seçki prosesinə qatılan DQMŞ üzvləri aşağıdakı öhdəlikləri qəbul edir:

a) Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alındığı təqdirdə öz namizədliyini geri götürmək;
...
4. Bu öhdəlikləri qəbul edən bütün namizədlərə dəstək verilsin.
XS
SM
MD
LG