Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:52

Prezidentliyə namizədliyi təsdiqlənənlərin sayı 6-ya çatdı


Avqustun 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağası oğlu Əliyev və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin prezidentliyə namizədliyi təsdiq edilib.

Artıq 12 nəfər prezidentliyə namizəd olmaq üçün seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur.

Bunlardan altısının – İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay), İ. Ağazadə, F. Əliyev və Ə. Əliyevin namizədliyi təsdiq olunub.
XS
SM
MD
LG