Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

«Hürrəm Sultan» 4 şərt irəli sürür


Meryem Üzerli
Meryem Üzerli
-
Türkiyənin «Möhtəşəm yüzil» serialının qəhrəmanlarımdan birini – Hürrəm Sultanı oynayan Meryem Üzerli bundan sonra filmlərə çəkilmək üçün yeni şərtlər irəli sürüb.

Məsələ burasındadır ki, bir neçə ay öncə serialın yay tətilini gözləmədən ani bir qərarla işindən ayrılan və «tükənmişlik sindromu» diaqnozu ilə Almaniyada müalicə kursu keçən Meryem Üzerli-yə hər tərəfdən film təklifləri yağır.

«Milliyet» qəzetinin yazdığına görə, o, çəkiliş meydanlarındakı ağır iş qaydalarından narazıdır.

Meryem Üzerli-nin şərtləri 4 bənddən ibarətdir:

1. Həftədə, sadəcə, 4 gün çalışıram, qalan 3 günü istirahət edirəm.
2. Sezon boyunca ən çox 20 bölümlük diziyə çəkilirəm.
3. Gündə ancaq 9 saat çalışıram.
4. Bölüm başına bundan sonra 25 min euro (avro) pul tələb edirəm.

Ölkə mediası Meryem Üzerli-nin şərtlərini türk sinemasının sultanı Türkan Şoray-ın vaxtilə irəli sürdüyü şərtlərlə müqayisə edib.

Bu da başqa sultanın – Şoray-ın bəzi şərtləri:

- Bazar günləri çalışmayacağam.

- Çəkiliş səhər 08.00-də başlayacaq, axşam saat 7-də bitəcək.

- Sadəcə, İstanbulda çəkilən filmdə oynayacaq və şəhərdən kənara çıxmayacağam!
XS
SM
MD
LG