Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

E. Namazov: Milli Şuranın əsas namizədi də, ehtiyat namizədi də R. İbrahimbəyovdur


Eldar Namazov
Eldar Namazov
-

İyulun 9-da Açıq Cəmiyyət Partiyasının qərargahında Milli Şuranın 3-cü sessiyası keçirilib. İclas qapalı keçirilib. Sessiyada komitələr müəyyənləşdirilib və rəhbərləri təyin olunub.

AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun ikinci namizədlə bağlı müraciətinə münasibət bildirməyib.

Söyləyiblər ki, bu, növbəti müzakirələrin mövzusuzdur.

Avqustun ortalarında seçki qərargahı işə başlayacaq. Qərargaha Milli Şura aparatı rəhbərlik edəcək.

İclasda komitələr müəyyənləşdirilib və rəhbərləri təyin olunub. Komitələrin adları və rəhbərləri aşağıdakı kimi müəyyənləşdirilib.

Qarabağ komitəsi – sədr Cəmil Həsənli,
İqtisadiyyat komitəsi – Qubad İbadoğlu,
Sosial siyasət komitəsi – Eldar Əliyev,
Hüquq komitəsi – Vidadi Mirkamal,
İctimai əlaqələr komitəsi – Mehman Əliyev,
Beynəlxalq əlaqələr komitəsi – Gültəkin Hacıbəyli,
Humanitar komitəsi – Kamil Vəli Nərimanoğlu,
Etika komitəsi - Nurəddin Mustafayev.

Mitinq komitəsinə isə rəhbər təyinatı növbəti sessiyalara qalıb.

Bununla da Milli Şuranın 9 iyul sessiyası başa çatıb. Sessiyada Milli Şuranın 85 nəfər üzvü iştirak edib.

15:10 - VAHD VƏ EHTİYAT NAMİZƏD - RÜSTƏM İBRAHİMBƏYOVDUR

«Bizim əsas namizədimiz də, ehtiyat namizədimiz də Rüstəm İbrahimbəyovdur», bunu jurnalistlərə açıqlamasında Milli Şura aparatının rəhbəri Eldar Namazov deyib.

Eldar Namazov Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun «İlham Əliyevlə Rüstəm İbrahiməbəyov arasında debata cəmiyyətin ehtiyacı yoxdur» fikrinə də münasibət bildirib. Söyləyib ki, 10 ildir Azərbaycan hakimiyyətinə rəhbərlik edən İlham Əliyevin öz siyasi rəqibi ilə debatına nəinki ehtiyac var, hətta bu, zəruridir.

14:30 - İKİNCİ NAMİZƏD MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMAYACAQ

Milli Şuranın qapalı iclası hazırda davam edir. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər iclasdan kənarda jurnalistlər üçün brifinq keçirib. İclasın gedişi barədə məlumat verib.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Sülhəddin Əkbər bildirib ki, bu günkü sessiyada komitələrin yaradılması məsələsi müzakirə olunub. İqtisadiyyat, sosial-siyasət, kütləvi mitinqlərin təşkili, beynəlxalq və ictimai əlaqələr və digər komitələrin yaradılması qərara alınıb. Hazırda həmin komitələrə rəhbərlərin seçilməsi müzakirə olunur.

S. Əkbər Rüstəm İbrahimbəyovun iyulun 8-də Milli Şuraya 2-ci namizəd məsələsi ilə bağlı ünvanladığı müraciətinin hələ müzakirə edilmədiyini bildirib:

«Ümumiyyətlə, bu məsələ bugünkü sessiyada müzakirə olunmayacaq. Çünki 3-cü sessiyanın gündəliyində ikinci namizəd məsələsinin müzakirəsi salınmayıb».

Dünənki müraciətində R. İbrahimbəyov bildirmişdi ki, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalıdır. Üstəlik, Milli Şura üzvlərini ikinci namizəd məsələsini müzakirə etməyə çağırmışdı.

13:00 - MİLLİ ŞURANIN 3-CÜ SESSİYASI KEÇİRİLİR

İyulun 9-da Açıq Cəmiyyət Partiyasının qərargahında Milli Şuranın növbəti – 3-cü sessiyası keçirilir. Hələlik iclas qapalı keçirilir.

Bu günkü sessiyanın gündəliyinə təşkilat komissiyalarının və vahid namizədin seçki qərargahının yaradılması, yeni üzvlərin qəbulu prosedurunun müəyyənləşdirilməsi daxildir.

Bundan əvvəl Milli Şuranın ikinci sessiyasında Ziyalılar Forumun sədri, dramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyini irəli sürüb.

Azərbaycanda demokratik qüvvələrin Milli Şurası mayın 28-də yaradılıb.
XS
SM
MD
LG