Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:42

Şuşa - Azərbaycanın başında papaq...


Yaşar Bünyad
Yaşar Bünyad
-

Yaşar Bünyad


PAPAQ


Üç-dörd gün əvvəl qonaq çağırmışdılar. Avtobusdan düşüb Xırdalanın əyri-üyrü dalanlarıyla gedirdim ki, bir yosma hasarin o üzündən hansısa şairinmi, aşığınmı efirdə verilən qoşmasını eşitdim:

"Şuşa - Azərbaycan başında papaq..."

Gerisinə özgə qapısında dayanıb qulaq verməyi özümə ar bilib qonaq düşəcəyim evə tələsdim ki, bəlkə orada bilərəm bu
şeirin müəllifini. Ev sahibi türk serialına baxırdı...

O gündən hey fikirləşirəm ki, ayə, heç olmazsa şairlər, aşıqlar..,mətbuatı izləsinlər. Sonra da deyirik: -dünya bizim halımıza yanmır, haqq səsimizi eşitmir...

Yəni, bu şair bilmir ki, ayə, başımızın papağını (yəni Şuşanı) 20 ildən çoxdur ki, oğurlayıblar, qalmışıq papaqsız?!

Papaqsız qalan başımızı soxmağa ağac altı axtarırıq ki, ayə, gün vurmasın! "Papağını yerə soxum"-deyimi də yaddan çıxıb, çünki yerə soxulmalı papaq yoxdu.

Beynimi bu suallarla yorurdum , birdən yadıma düşdü ki, ayə, biz avropalıyıq axı ?!

Burda qəbahətli nə var ki?

Avropalılar ömründə papaq qoymayıb və onlara "başında papağın yoxdu" deyən də olmayıb. Bəlkə olub, mən eşitməmişəm.

Əsas odur ki, başın salamat olsun! Papaq yoxdur, beysbolka ki var. "Sədərək"dən al, qoy başınada.Təki, gün vurub başının içindəkiləri qıcqırtmasın!

Qaldı aşığa..,ona da demək istərdim ki, ayə, aşıq qardaş, aradabir qəzet-jurnal da oxu, nə olar?!

Söz qoşmağa nə var ki . İndi dili söz, əli qələm tutan şairdi...

Papaqsız...
XS
SM
MD
LG