Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Məcburi köçkünlər Şəki-Oğuz-Bakı yolunu bağladılar… - [Video]


Sel Oğuzda məskunlaşan məcburi köçkünləri yolu bağlamağa vadar etdi
Gözlə

No media source currently available

0:00 0:05:01 0:00

Sel Oğuzda məskunlaşan məcburi köçkünləri yolu bağlamağa vadar etdi

-

12.50 - POLİS YOLU ARTIQ BOŞALDIB

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, polis yolu artıq boşaldıb. Bununla belə, polis ərazini tərk etməyib.

Oğuz rayon İcra Hakimiyyətindəki Fövqəladə Hallar Komissiyası isə bir qədər əvvəl zərərçəkən obyektlərə baxış keçirməyə başlayıb. Komissiya sədrinin müavini Ehsan Əhmədov AzadlıqRadiosuna deyib ki, hazırda iş gedir, dəymiş zərərlə bağlı qərar sonra açıqlanacaq.

Amma əməkdaşımız deyir ki, hazırda dəyən zərərin aradan qaldırılması, leysan suların çəkilməsi üçün iş görülmür.

11.30 - MƏCBURİ KÖÇKÜNLƏR YOLU YENİDƏN BAĞLAMAĞA CƏHD EDİB

Müxbirimiz xəbər verir ki, məcburi köçkünlər yolu yenidən bağlamaq istəyib. Əraziyə xeyli sayda polis topaşıb.

10:20 - MƏCBURİ KÖÇKÜNLƏR SELİN TÖRƏTDİYİ FƏSADLARLA MARAQLANANLARIN OLMADIĞINI İDDİA EDİR

Oğuz rayonunda məskunlaşan məcburi köçkünlər iyulun 3-də səhər saat 10 radələrində Şəki-Oğuz-Bakı yolunu bağlayıblar. Qeyd edək ki, iyunun 1-dən 2-nə keçən gecə Oğuz rayonunu sel basıb. Sel nəticəsində rayon mərkəzində bir körpü uçub, zirzəmidə yerləşən obyektləri su basıb. Əsas fəsadlar isə rayonda məcburi köçkünlərin məskunlaşdığı «Azərbaycan- 60» adlanan şəhərcikdə və Bucaq kənində baş verib.

Məcburi köçkünlərin məskunlaşdığı evlərə təxminən 60-70 sm hündürlüyündə su yığılıb. Vəziyyətin gərgin olduğunu və aiddiyyatı qurumların buna biganə yanaşdığını bildirən köçkünlər çıxış yolunu Şəki-Oğuz-Bakı yolunu bağlamaqda görüblər. Dərhal hadisə yerinə gələn rayon icra hakimiyyəti nümayəndələrinin təkidləri və vədləri nəticəsində yol nəqliyyatın hərəkəti üçün açılıb.

Sel nəticəsində bir çox insan gecəni açıq havada keçirib.

Yerli sakinlər bildirirlər ki, xeyli sayda bostan sahəsi və 20 hektardan çox taxıl zəmisi yararsız hala düşüb. Sel zamanı bir sıra avtomobil də selin qurbanına çevrilib.

Məcburi köçkünlər vəziyyətin dəyişməyəcəyi təqdirdə yolu yenidən bağlayacaqlarını bildiriblər.

Məsələyə yerli icra hakimiyyətindən mövqe öyrənməyə çalışırıq.






















XS
SM
MD
LG