Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Nümayişçilər Erdoğanın xəbərdarlığına əhəmiyyət vermirlər


Türkiyədə nümayişçilər baş nazir Erdoğanın xəbərdarlığına baxmayaraq etrazlardan geri çəkilmirlər.

Erdoğan deyib ki, “ölkənin hakimiyyətdə olan partiyasına hörmət qoymayanlar bunun haqqını ödəyəcək”.

O, hökumətin səbirli olduğu bildirib. Ancaq deyib ki, səbirin bir həddi var.

Paytaxt Ankarada polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağı tətbiq edib.
İstanbuldakı Taksim meydanında isə sakitlikdir. Burda bayram əhvalı hökm sürür, adamlar rəqs edir və “Erdoğan, istefa ver” kimi şüarlar qışqırır.

Meydanı tərk edən 17 yaşlı tələbə isə Reutersə deyib ki, o, məktəbə gedir, dərs qurtaranda qayıdacaq.
XS
SM
MD
LG